Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Sentyabr 2021 11:34

Gəncə Qarnizonunda Türkiyənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü münasibətilə mədəni-kütləvi tədbirlər keçirilib

İllik tədbirlər planına əsasən Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən Türkiyənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü münasibətilə mədəni-kütləvi tədbirlər keçirilib.
Mərkəzin təşkilatçılığı ilə keçirilən tədbirlər çərçivəsində hərbi qulluqçular üçün Türk Ordusunun generalı, Qafqaz İslam Ordusunun  komandanı Nuru Paşanın Gəncə şəhərində yerləşən ev-muzeyinə ekskursiya təşkil edilib, eləcə də  Türkiyə Cümhuriyyətinin qurucusu və banisi Mustafa Kamal Atatürkün həyat və fəaliyyətinə həsr edilmiş film təqdim olunub.
Nuru Paşanın Gəncə şəhərində yerləşən ev-muzeyində nümayiş edilən və  iki qardaş xalqın tarixini, dostluq əlaqələrini, o dövrün tarixi hadisələrini özündə əks etdirən eksponatlar barədə ətraflı məlumatlar əsgərlərin marağına səbəb olub.
Qardaş Türkiyə Respublikasının şanlı Zəfər bayramına həsr olunan  tədbirlər şəxsi heyət tərəfindən ruh yüksəkliyi və rəğbətlə qarşılanıb.