Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Avqust 2021 10:00

"Azərbaycan Ordusu" qəzeti № 64 (2572)

Maştağada şəhid bulağının açılışı olub

İyirmi dörd il öncə Bakının ən qədim kəndlərindən biri olan Maştağada Mütəllimzadələr ailəsində üçüncü oğlan uşağı dünyaya göz açdı. Atanın-ananın sevinci yerə-göyə sığmadı. Sonbeşik övladın adını Ağacavad qoydular. Ağacavad öz əməli, davranışı və qoçaqlığı ilə valideynlərinin sevimlisinə çevrildi. Ağacavad 255 nömrəli orta məktəbi bitirdi. Müəllimlər və sinif yoldaşları da deyirlər ki, illər necə tez gəlib keçdi. Ağacavad sanki dünən məktəbi bitirib. Gələcəyin əsgəri daha çox fiziki hazırlıq dərslərində, həmçinin məktəb yoldaşları arasında xoş davranışı ilə yadda qalıb...davamı



Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

Mövzu: Dağlıq Qarabağ münaqişəsi - 1992-1994-cü illər - tarixi faktlar.

Suallar:

1. XX əsrin sonlarında Azərbaycanda ictimai-siyasi vəziyyət. Dağlıq Qarabağ münaqişəsi - 1992-1994-cü illər - tarixi faktlar.

2. Milli qurtuluş. Ümummilli lider Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə gətirilməsi. Milli dövlətçiliyə qarşı qəsdlərin qarşısının alınması...davamı



 
Azərbaycan Hərb Tarixi Muzeyinin kollektivinin iştirakı ilə hərbi hissələrimizdə silsilə tədbirlər keçirilib


Qədim tarixə malik Azərbaycan dövlətçiliyi bu gün özünün yüksək inkişaf dövrünü yaşayır. Vətən müharibəsində işğal edilmiş ərazilərimizi 44 gün ərzində azad etməyi bacaran şanlı ordumuz müstəqil dövlətimizin müdafiəsində ayıq-sayıq dayanır. Dövlətçilik tariximizin dərindən öyrənilməsi, ordu gənclərinin vətənpərvərlik duyğularının daha da gücləndirilməsi, onların mənəvi-psixoloji hazırlığının yüksəldilməsində zəruri amillərdəndir...davamı




"Azərbaycan Ordusu" qəzetinin tam variantı