Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Avqust 2021 16:30

“Tank biatlonu”nda iştirak edən Azərbaycan tankçıları döyüş maşınlarının texniki vəziyyətini yoxlayıb

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak edən komandalar püşkatmaya əsasən idarə edəcəkləri tankları qəbul edərək onlara baxış keçirib.
Tank heyətləri və texniki dəstək qrupu döyüş maşınlarının mühərrikləri, idarəetmə sistemləri və rabitə vasitələrinin texniki vəziyyətini yoxlayıb.
Qeyd edək ki, Azərbaycan tankçıları avqustun 24-də Belarus, Qazaxıstan və Serbiyadan olan tank heyətləri ilə yarışacaq.
Müsabiqə sentyabrın 4-dək davam edəcəkdir.