Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Avqust 2021 11:40

Zirehli texnikaların ekipajları döyüş vərdişlərini təkmilləşdirir - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq zirehli transportyorların (ZTR) ekipajları döyüş vərdişlərini təkmilləşdirir.
Ümumqoşun poliqonlarında keçirilən təlimlər zamanı bölmələrin şəxsi heyəti  ZTR ekipajları ilə qarşılıqlı əlaqədə müxtəlif döyüş tapşırıqlarını uğurla icra edir.
Məşqlərin əsas məqsədi şəxsi heyətin döyüş hazırlığının artırılması, döyüş maşınlarının çətin keçilən ərazilərdə idarə edilməsi və real döyüş şəraitində tətbiqi üzrə peşəkarlığın yüksəldilməsidir.