Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev
Naxçıvandakı vəziyyətlə bağlı Müdafiə Nazirliyinin rəsmi məlumatı 11 İyun 2014 09:00

Müdafiə Nazirliyi rəsmi olaraq bir daha bildirir ki, Naxçıvan Muxtar Respublikası ərazisində guya gedən hərbi əməliyyatlar haqqında yayılan məlumatlar yalandır və təxribat xarakteri daşıyır.

Müdafiə Nazirliyinin məlumatı 7 İyun 2014 09:00

Bu gün bəzi elektron kütləvi informasiya vasitələri anonim "yerli kənd sakinlərinə" və sosial şəbəkələrdəki istifadəçilərə istinadən guya Ermənistan Respublikasının Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasına hücum təşkil etməsi barədə məlumat yayıb.

Şəhid əsgər Həsənli Zaur Söhbətdin oğlu dəfn edilib 3 İyun 2014 09:00

Düşmən tərəfindən açılan atəş nəticəsində dünən şəhid olmuş əsgər Həsənli Zaur Söhbətdin oğlu iyunun 3-də Xırdalan şəhərində dəfn olunub.

Respublika Günü münasibətilə Silahlı Qüvvələrdə tədbirlər keçirilir 27 May 2014 09:00

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən 28 May - Respublika Günü münasibətilə Müdafiə nazirliyinə tabe olan hərbi hissələrdə tədbirlər keçirilir.

Türkiyə İşıklar Hərbi Liseyinin nümayəndə heyəti ölkəmizdə səfərdədir 21 May 2014 09:00

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında 2014-cü il üçün illik hərbi əməkdaşlıq Planına uyğun olaraq Türkiyə Respublikası Hərbi Hava Qüvvələrinin İşıklar Hərbi Liseyinin nümayəndə heyəti ölkəmizə tanışlıq səfərinə gəlib.

Əlahiddə Ümumqoşun Ordu tabeliyində olan hərbi hissə və birləşmələrə yeni avtomobillər təqdim edilib 20 May 2014 09:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Silahlı Qüvvələrin maddi-texniki bazasının yaxşılaşdırılması haqqında müvafiq tapşırıqlarına əsasən Əlahiddə Ümumqoşun Ordu tabeliyində olan hərbi hissə və birləşmələrə yeni avtomobillər təqdim edilib.

Əlahiddə Ümumqoşun Ordusuna döyüş bayraqları təqdim edilib 20 May 2014 09:00

Mayın 19-da Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordusu və onun tabeliyində olan hərbi hissələrə döyüş bayraqlarının təqdim edilməsi mərasimi keçirilib.

Türkiyənin Milli Müdafiə naziri Naxçıvana rəsmi səfər edəcək 13 May 2014 09:00

Mayın 14-də Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmaz Naxçıvan Muxtar Respublikasına rəsmi səfər edəcək.

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə çıxışı 6 May 2014 09:00

Cənab generallar, zabitlər, kursantlar və əsgərlər!Bu günlər ölkəmizin hər yerində, eləcə də Vətənimizdən çox-çox uzaqlarda xalqımızın Ümummilli lideri, Silahlı Qüvvələrimizin əbədiyaşar Ali Baş Komandanı, unudulmaz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü böyük təntənə ilə qeyd edilir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib 6 May 2014 09:00

Mayın 6-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 91-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin pentatlon yarışları sona çatıb 29 Aprel 2014 09:00

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Silahlı Qüvvələrdə idman yarışlarının keçirilməsi haqqında illik əmrinə əsasən hərbi qulluqçular arasında pentatlon (beşnövçülük) yarışları keçirilib.

Cəmşid Naxçıvanski adına Hərbi Lisey Gününə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun çıxışı 19 Aprel 2014 09:00

Hörmətli mərasim iştirakçıları və qonaqlar!Cənab generallar, zabitlər, kursantlar!Əziz müəllimlər!Bu gün Silahlı Qüvvələrimizin həyatında əlamətdar və tarixi bir gündür.

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə "Hərbi Lisey Günü"nə həsr olunmuş təntənəli mərasim keçirilib 19 Aprel 2014 09:00

Aprelin 19-da Cəmşid Naxçıvanski adına Hərbi Liseydə "Hərbi Lisey Günü"nə həsr olunmuş təntənəli mərasim keçirilib.

Naxçıvan Muxtar Respublikası ərazisində keçirilən genişmiqyaslı hərbi təlimlər sona çatıb 18 Aprel 2014 09:00

2014-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində keçirilən genişmiqyaslı hərbi təlimləri yekunlaşıb.

Azərbaycan Respublikasının Müdafiə naziri "Cəmşid Naxçıvanski adına Hərbi Lisey Günü"nün qeyd edilməsi haqqında əmr imzalayıb 18 Aprel 2014 09:00

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Cəmşid Naxçıvanski adına Hərbi Liseyin səxsi heyəti ilə görüşdüyü və təhsil müəssisəsinə Bayraq təqdim etdiyi 19 aprel gününün tarixi əhəmiyyətini nəzərə alaraq həmin gün "Cəmşid Naxçıvanski adına Hərbi Lisey Günü" kimi qeyd edilməsi ha..

Naxçıvan Muxtar Respublikası ərazisində keçirilən genişmiqyaslı hərbi təlimlərin aktiv fazası başa çatıb 17 Aprel 2014 09:00

2014-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində keçirilən genişmiqyaslı hərbi təlimlərin aktiv fazası yekunlaşıb.