Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 May 2014 09:00

Türkiyə İşıklar Hərbi Liseyinin nümayəndə heyəti ölkəmizdə səfərdədir

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında 2014-cü il üçün illik hərbi əməkdaşlıq Planına uyğun olaraq Türkiyə Respublikası Hərbi Hava Qüvvələrinin İşıklar Hərbi Liseyinin nümayəndə heyəti ölkəmizə tanışlıq səfərinə gəlib.
Səfər çərçivəsində qonaqlar mayın 20-də Cəmşid Naxçıvanski adına Hərbi Liseydə olublar. Türkiyə nümayəndə heyəti Hərbi Liseyin komandanlığı ilə görüşüb, məktəbin ərazisi, tədris korpusları, inzibati və yardımçı binalarla, liseyin muzeyi ilə tanış olub, kursantlarla birlikdə nahar ediblər.
Səfər mayın 23-də sona çatacaqdır.