Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Silahlı Qüvvələrin maddi-texniki bazasının yaxşılaşdırılması haqqında müvafiq tapşırıqlarına əsasən Əlahiddə Ümumqoşun Ordu tabeliyində olan hərbi hissə və birləşmələrə yeni avtomobillər təqdim edilib.
Mayın 19-da texnikanın təqdim edilməsində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov avtomobillərə baxıblar.
Yüksək texniki göstəricilərə malik 11 ədəd "Mitsubishi L-200", 2 ədəd "FİAT" markalı xidməti avtomobil, həmçinin şəxsi heyətə səhra şəraitində və döyüş əməliyyatları zamanı təxirəsalınmaz təcili tibbi yardım göstərilməsi üçün 2 ədəd "Ford" markalı səyyar tibbi yardım və 1 ədəd rentgen flüoqrafiya avtomobili hərbi hissələrə təqdim olunub.