Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Dekabr 2019 12:13

"Azərbaycan Ordusu" qəzeti №94 (2411)

Əsgərlərin köksündə Vətən adlı ürək döyünür

Payız fəsli olsa da, qış ovqatı duyulmaqdadı. Hər tərəf qardı. Soyuq, sazaq qəlbimizin, ürəklərin hərarətini üstələyə bilmir. Bu hərarət Azərbaycan əsgərinin Vətən sevgisindən gəlir. Təbiətin əsrarəngizliyi ilə qəlbimin döyüntüsü arasında qəribə bir tandem hiss edirəm... Bura səngərdi. Bura Vətəndi...davamı




“Hərbçi olmuşam ki, torpaqlarımızın azad olunmasında iştirak edim”

Azərbaycanda ordu həmişə diqqət və qayğı olub, ordu da Vətən kimi uca tutulub. Bu, vətəndaşların mənəvi kamilliyinin tərkib hissəsidir. İnkişafının qürur duyulası dönəmində olan Azərbaycan Ordusunun şəxsi heyəti bu günün tarixini də yazır, ömrünü xalqının, millətinin, ordusunun inkişafına həsr etməklə sabahkı tarixilərin yazılmasında da yaxından iştirak edir. Örnək ola biləcək belə ömür yaşamaq fədakarlıqdır, müəyyən mənada hünərdir...davamı




“Döyüşə hər an hazırıq!”

Ordumuzun döyüş hazırlığının yüksək səviyyədə saxlanılması Müdafiə Nazirliyi rəhbərliyinin daim diqqət mərkəzindədir. Şəxsi heyətin döyüş vərdişlərinin artırılması mühüm əhəmiyyətə malikdir. Bunun əsasında məşğələlər dayanır. Müntəzəm olaraq hərbi qulluqçuların nəzəri və praktiki biliklərinin təkmilləşdirilməsi, mənəvi-psixoloji hazırlıqlarının formalaşdırılması şəxsi heyətin istənilən coğrafi və təbii şəraitdə xidmətə hazırlanmasına yardımçı olur...davamı




“Öyrədiblər, öyrənmişik, öyrədirik”

Ordunun gücü həm də şəxsi heyətə hərbi biliklərin aşılanmasının səviyyəsindən də asılıdır və bu, Azərbaycan Ordusunda yüksək səviyyədə təşkil olunub. Hərbi biliklər Azərbaycan Ordusunu zabit kadrlarıyla komplektləşdirən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə proqrama uyğun tədris materialları ilə aşılanır. Ordu quruculuğunun tərkib hissəsi kimi bu, hərbi hissələrdə gənc əsgərlərin hazırlığı formatında aparılır...davamı




Şəxsi heyət yüksək döyüş əzmi ilə xidmət edir

Yüksək döyüş hazırlıqlı ordunun şəxsi heyəti həm də yüksək mənəvi-psixoloji hazırlığa malik olmalıdır ki, onun güclü ordu olduğu etiraf edilsin. Azərbaycan Ordusunun dünyanın 50 ən güclü ordusu sırasında olması onun şəxsi heyətinin həm yüksək döyüş, həm də yüksək mənəvi-psixoloji hazırlığa malik olduğunun göstəricisidir...davamı




“Mən çempion olacam!”

Bu yaxınlarda Bakıda "Sərhədçi" İdman Olimpiya Mərkəzində Alpaqut Turan döyüş sənəti üzrə ikinci dünya çempionatı keçirilib. Yarışda 24 ölkədən 500-dən çox idmançı, beş növ - aypara, batur, caymaz, qurşaq və kaçut üzrə mübarizə aparıb. Dünya birinciliyində Azərbaycan 200-dən çox idmançı ilə təmsil olunub. Üç gün davam edən dünya çempionatının yekun nəticələrinə görə, Azərbaycan komandası ümumi hesabda birinci yeri tutub. Türkiyə komandası ikinci, İran komandası üçüncü yerə layiq görülüb...davamı




Sənin keşiyindəyik, Ana torpaq!

Yıxıla-dura kövrək addımlarımızı atdığımız torpaq bizə çox müqəddəs və doğmadır. Müqəddəs olduğu üçün biz ona ürəyimizdən şırıl-şırıl axıb gələn, qəlbimizdən zərrə-zərrə süzülən qürur dolu bir ifadə ilə "Ana torpaq" deyirik. Bu ifadədə böyük iftixar, yenilməzlik və əzəmət var!..davamı




Qəhrəman qadınlarımız

İgidlik, qəhrəmanlıq torpağa, elə-obaya bağlılığın olduğunu təsdiq edən göstəricidir. Tarix boyu Atillaları, Cavanşirləri, Meteləri, Babəkləri, Xətailəri, Cavad xanları tanımışıq, sevmişik. İgidlikdən, qəhrəmanlıqdan söz düşdükdə ağıla ilk gələn kişilər olur. Bəs, qadınlar? Bəs, İran Şahı Daranı məğlub edən Tomris, bəs, Bərdəli Nüşabə, bəs, Uzun Həsənin anası Sara Xatun, Həcər,...davamı




Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

Mövzu: 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Həmrəyliyimiz - birliyimizin və varlığımızın qarantıdır.

Suallar:

1. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür.

2. Həmrəyliyimiz - birliyimizin və varlığımızın qarantıdır...davamı




"Azərbaycan Ordusu" qəzetinin tam variantı