Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Dekabr 2017 10:24

"Azərbaycan Ordusu" qəzeti - №98 (2215)

Nəbzimiz Vətənin nəbzi ilə vurur!
Leytenant Kənan Mustafayev Qəbələ rayonu Abrıx kəndində dünyaya göz açıb. Torpaqlarımız uğrunda gedən döyüşlərdə iştirak edənlərin sıralarında olmaq istəyi onda da hərbə sevgi aşılayıb. Nəhayət orta məktəbi bitirdikdən sonra bir an belə düşünmədən sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə verir...davamı


Azərbaycan əsgəri torpaqlarımızı azad etməyə hazırdır
Ordumuzun maddi-texniki təchizatı ölkənin iqtisadi inkişaf dinamikası ilə paralel şəkildə yüksələn xətt üzrə davam edir. Ağır artilleriyadan tutmuş, müasir texnikaya, döyüş gəmilərindən, inkişaf etmiş hava qüvvələrinə qədər təmin olunan Azərbaycan Ordusu düşmənin istənilən hədəfini məhv etməyə qadirdir...davamı


Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin plenumu keçirilib
Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin 2017-ci ilin yekunları ilə bağlı plenumu keçirildi. Plenumda Müdafiə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinin, Dövlət İdarə və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Komitəsinin nümayəndələri də iştirak edirdi...davamı


“Aprel döyüşləri yaddaşlarımızda unudulmaz iz buraxıb”
Əsrlər boyu güclü dövlətlərin hərbi təcavüzünə məruz qalan Azərbaycan xalqı öz azadlığı, müstəqilliyi, dövlətçiliyi uğrunda mübarizə aparmaqla mövcudluğunu qoruyub saxlaya bilib, ən qüdrətli düşmən ordularına qarşı mübarizədə hünər, fədakarlıq nümunələri göstərib...davamı


Bu günün vətənpərvər gənci sabahın qalib əsgəridir
Müstəqilliyimizin və ərazi bütövlüyümüzün qarantı olan ordunun gücü silah və texnika təminatı ilə yanaşı, həm də əsgərin döyüş hazırlığından bilavasitə asılıdır. Müasir silahlardan yüksək səviyyədə istifadə etməyi bacaran, Vətənə sonsuz sevgisi olan, hərbi sirlərə sadiq, yüksək döyüş ruhunda xidmət edən əsgərlərə malik ordu, ən qüdrətli ordudur...davamı


Hərbi hissədə Həmrəylik Günü qeyd edilib
"N" hərbi hissəsində Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana sisteminin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar tədbir keçirildi...davamı


Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında viktorina keçirilib
Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən tədbirə Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanılıb.

Heydər Əliyev adına Hərbi Liseyin rəisi general-mayor Elman Orucov çıxış edərək bilik yarışında iştirak edən kursantlara uğurlar arzulayıb...davamı

 

 

"Azərbaycan Ordusu" qəzetinin tam variantı