Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Dekabr 2017 10:09

Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında viktorina keçirilib

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən tədbirə Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanılıb.
Heydər Əliyev adına Hərbi Liseyin rəisi general-mayor Elman Orucov çıxış edərək bilik yarışında iştirak edən kursantlara uğurlar arzulayıb.
Sonra intellekt mübarizəsinə start verilib.
Kursantların Vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması məqsədi ilə keçirilən viktorinada 6 komanda iştirak edib.
3 mərhələdə keçirilən viktorinada fasilələr zamanı kursantlar və məktəblilər mahnı, şeir və rəqs nümunələri ilə çıxış ediblər. Hərbi vətənpərvərlik mövzusunda videoçarxlar nümayiş olunub. Kursantların göstərdikləri səhnəciklər tədbirə əlavə rəng qatıb.
"Hünər", "Qarabağ", "Vətən", "Sipər", "Qələbə" və "Zəfər" komandalarının yarışdığı viktorinanın qalibi "Qələbə" komandası olub.
Qalib komandanın üzvləri və tədbirdə fəal iştirak edən məktəblilər  müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

Nəriman NƏCƏFOV,
foto R.ƏLƏSGƏROVUNDUR