Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Dekabr 2017 10:08

Hərbi hissədə Həmrəylik Günü qeyd edilib

"N" hərbi hissəsində Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana sisteminin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar tədbir keçirildi.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanların xatirəsi yad edildi.
Polkovnik-leytenant Rüstəm Məmmədov çıxış edərək bildirdi ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası tarixi şəxsiyyət, dünya şöhrətli siyasətçi Heydər Əliyev tərəfindən qoyulub. "Artıq neçə ildir ki, 31 dekabr dünyanın hər yerində tarixi gün kimi qeyd olunur. Ulu Öndər demişdir: "Harada yaşamasından asılı olmayaraq Azərbaycan bütün azərbaycanlıların doğma Vətənidir". Buna görə hər bir kəs çalışmalıdır ki, Vətəninə, xalqına sədaqətli olsun. Bu siyasət hazırda Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O təkcə Azərbaycan vətəndaşlarının yox, dünyada yaşayan bütün azərbaycanlıların Prezidenti kimi böyük rəğbət qazanıb. Əsası Ulu Öndər tərəfindən qoyulan dövlət quruculuğu sahəsində böyük irəliləyişə, tərəqqiyə nail olunub. Həyata keçirilən dünya miqyaslı layihələr, müqavilələr ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artırıb."
Zabit çıxışına davam edərək vurğulayıb ki, Silahlı Qüvvələrimizdə son illər həyata keçirilən islahatlar ordumuzun daha da möhkəmləndirilməsinə səbəb olub. "Orduda qazanılan böyük uğurlar da bütün dünya azarbaycanlılarını sevindirir. İnanırıq ki, hər bir azərbaycanlının ən böyük istəyi olan Vətənimizin ərazi bütövlüyü tezliklə bərpa olunacaqdır."
Mərkəzləşdirilmiş Kitabxana sisteminin əməkdaşları Elnarə Hüseynova, Səidə Müseyibova və başqaları da Həmrəylik Günü və Yeni il münasibəti ilə arzu və istəklərini hərbçilərlə bölüşərək onlara qələbə sevinci arzuladılar.
Tədbir iştirakçıları kitab sərgisi ilə tanış oldular. Kitabxananın  əməkdaşları  tərəfindən onlara Ali Baş Komandan İlham Əliyevin fəaliyyəti haqqında geniş məlumat verildi. Bildirildi ki, onun yorulmaz fəaliyyəti nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub və böyük uğurlara imza atıb.
Prezident İlham Əliyevin həyat və fəaliyyətindən bəhs edən viktorinada da hərbi qulluqçular fəal iştirak etdilər. Qaliblərə fəxri fərman və hədiyyələr təqdim olundu.
Ağdaş rayonundan gəlmiş musiqi kollektivinin hazırladığı konsert proqramı ilə tədbirə yekun vuruldu.

Mübariz MUSAYEV, "Azərbaycan Ordusu"