Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Dekabr 2017 11:17

"Azərbaycan Ordusu" qəzeti - №93 (2210)

Müstəqil Azərbaycan yaşadıqca, ulu öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır

12 dekabr tarixi müasir dövlətçiliyimizin banisi, ümummilli liderimiz Heydər Əliyevin həyatla cismani vidalaşdığı gündür. Onun fiziki yoxluğundan neçə illər ötməsinə baxmayaraq, Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, daim onu ehtiramla yad edir...davamı


Hünər sənindir, Azərbaycan əsgəri!

Bir payız günündə kələ-kötür yollarında iz qoyduğum, daş-kəsəyindən tutaraq iməklədiyim, ayaq açdığım, yeridiyim, qayğısız uşaqlığımı keçirdiyim doğma rayonumuza gəlmişəm. Uşaqlığımla bağlı şirin xatirələr payızın soyuğunu belə hiss etməyə imkan vermir. Yaxın-uzaq xatirələrimin təsiri ilə Azərbaycan əsgərinin görüşünə gedirik...davamı


“Qarabağı azad edəcəyik!”


İnsan var rastına çıxanda peşmanlıq çəkirsən. İnsan da var onunla tanışlığından fəxarət hissi duyursan. Torpaqlarımızın toxunulmazlığı uğrunda döyüşən oğullarımızın sırasında daha bir nəfəri - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Abışov Bilal Əhməd oğlunu da tanımaqdan qürur duyuram...davamı
 

“Gənclərin hərtərəfli inkişafı üçün dövlətimiz hər cür şərait yaradıb”

Hər bir xalqın inkişafında sağlam, vətənpərvər gənclik mühüm rol oynayır. Dövlətçiliyin, müstəqilliyin möhkəmlənməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli gənc kadrların yetişib avanqard qüvvəyə çevrilməsindən çox asılıdır. Gənc nəslin tərbiyəsi isə ailədə, yaşadığı mühitdə və ümumtəhsil müəssisələrində formalaşır...davamı
 

Mübarizlik, əzmkarlıq qələbə sevinci yaşadır

Mərkəzi Ordu İdman Klubunun yunan-Roma güləşi üzrə məşqçisi, beynəlxalq dərəcəli idman ustası, hərbçilər arasında keçirilən Avropa və Dünya birinciliklərinin 4 qat qalibi, Olimpiya oyunlarının gümüş mükafatçısı mayor Taleh İsrafilovla müsahibəni təqdim edirik...davamı
 

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində tədbir

Naxçıvan Qarnizonu şəxsi heyətinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin "Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti" kitabı müzakirə edilib...davamı


“Mənim müharibəm” qələbəyə inam kitabıdır...

Tanınmış yazıçı və publisist Nemət Veysəllinin "Mənim müharibəm" adlı kitabı müharibə haqqında deyil, müharibədəndir, birbaşa odlu-alovlu səngərlərdəndir...davamı


O həsrət sovuşacaq

Hörmətli redaksiya!
Qəzetinizdə dərc edilən məqalələri oğlu hərbi xidmətdə olan analar kimi, oğlu hərbi xidmətdən tərxis olunmuş analar da maraqla oxuyur. O məqalələr biz anaların orduya inamını, sevgisini daha da artırır. Qürurlanırıq ki, oğlumuz belə bir orduda xidmət edib...davamı


Şəhid qanı axmayan torpaqdan Vətən olmaz


...Düşmən qarşısında inamla dayanıb, Vətənimizi, torpaqlarımızı qoruyarkən şəhid olan igid qardaşlarımızdan birinin dəfn mərasimindən çəkilmiş şəkilləri gördükdə, hisslərimə qapılaraq bu yazını yazmaq qərarına gəldim.
Sən sağ olasan, Vətən! Daha bir gənc sənin müqəddəsliyin uğrunda gözünü qırpmadan canını fəda etdi...davamı

"Azərbaycan Ordusu" qəzetinin tam variantı