Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Dekabr 2017 10:10

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində tədbir

Naxçıvan Qarnizonu şəxsi heyətinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin "Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti" kitabı müzakirə edilib.
Tədbirdə Əlahiddə Ümumqoşun Ordunun zabiti polkovnik Niyaməddin Tağıyev çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2017-ci il avqustun 28-də "Oxunması zəruri olan kitablar haqqında" imzaladığı sərəncama uyğun olaraq şəxsi heyətin mütaliəsi üçün ordu, birləşmə və hissələrin kitabxanalarında guşələr yaradılıb.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, "Oxunması zəruri olan kitabların siyahısı"nda birinci sırada yer alan kitab Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Yeni 2001-ci il, Yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti"dir. Bu müraciətdə milli tariximizin bütün dövr və mərhələlərinə yüksək peşəkarlıqla qiymət verilib, baş vermiş ictimai-siyasi proseslər barədə obyektiv mülahizələr səsləndirilib və gələcək inkişaf yolları müəyyənləşdirilib.
Əlahiddə Ümumqoşun Ordunun zabiti polkovnik Mirqiyas Rüstəmov çıxışı zamanı bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına müraciətində XX əsrdə qazanılan uğurlar əsasında XXI əsrin inkişaf meyillərini də uzaqgörənliklə göstərib.
Tədbirin sonunda ordu quruculuğundan bəhs edən video-film nümayiş etdirilib.

Nəriman NƏCƏFOV,
foto əsgər R.ƏLƏSGƏROVUNDUR