Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Sentyabr 2019 10:33

"Azərbaycan Ordusu" qəzeti №73 (2390)

“Gərək sənət, peşə seçimində yanılmayasan”

İnsan arzularla yaşayır və bu arzuların həyata keçməsini səbirsizliklə gözləyir. Xüsusilə, orta məktəb illəri hər birimizin qəlbində dərin iz salır, xoş xatirələrlə dolu olan o illərdə arzular, istəklər coşub çağlayır. Daha çox eşitdiyimiz, bir-birimizə ünvanladığımız sualların arasında "Hansı sənəti seçmək istəyirsiniz?" sualı diqqətçəkəndir...davamı



Atalarımızın qəhrəmanlığı unudulmayacaq

Azərbaycan Hərb Tarixi Muzeyində Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi ilə birgə İkinci Dünya müharibəsinin başlanmasının 80 illiyinə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı hərbi attaşesi polkovnik Andrey Aleksentsev, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin, Müdafiə Nazirliyinin idarə və müəssisələrinin, hərbi hissələrin, Silahlı Qüvvələrin Hərbi Akademiyasının, şəhər muzeylərinin və digər müəssisələrin nümayəndələri iştirak edirdilər...davamı



“Texnikalarımız saz vəziyyətdə saxlanılır”

Çıxışdan qayıdan avtomobillər parkda sıra ilə düzülmüşdü. Hər maşının sürücüsü ona təhkim olunmuş avtomobili silib təmizləyir, aşkar edilmiş nöqsanları komandirlərin köməyi ilə aradan qaldırırdı. Texnikaları təmiz saxlamaq onların istismar müddətini uzadır, çatışmazlıqların və nasazlıqların vaxtında aradan qaldırılması onların daim səfərə hazırlığını təmin etmək məqsədi daşıyır. "N" hərbi hissəsində fasiləsiz iş davam edirdi...davamı



“Torpaqlarımız bizi gözləyir”


Azərbaycan əsgərinin torpaqlarını qoruması, Aprel və Günnüt zəfərlərini qazanması,  sözün əsl mənasında, qəhrəmanlıq dastanıdı. Böyük bir amal uğrunda mübarizə aparan Azərbaycan əsgərinin komandirlərinə güvənməsi, silahına sarılıb, biliyinə əsaslanması, ülvi hisslərlə Vətəninin keşiyində dayanması qəhrəmanlığın başlanğıcıdı. Ömür deyilən zaman kəsimini Vətəni üçün yaşayan Azərbaycan əsgəri ona tapşırılan mövqeyi sayıqlıqla qorumağa, onu daim nəzarətdə saxlamağa, bunun üçün düşmənin hər bir hərəkətini müşahidə etməyə və ən nəhayət, torpaqlarımızı düşmən tapdağından azad etməyə hazırdır...davamı



Ulu Öndərin Nəsimi irsinə ehtiramı

Xalqımızın çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikir tarixində mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi mənəvi-əxlaqi və bədii dəyərilə yaşamaqdadır.

Nəsimi yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə şairin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Böyük söz ustasının 600 illiyinin YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edildiyi və beynəlxalq miqyasda qeyd olunduğu həmin dövrdən etibarən Nəsimi ilə bağlı çox sayda araşdırmalar aparılmışdır...davamı



Dünyamıza sülh gərəkdir!

Sülh bəşəriyyət üçün gərəkli olan dəyərdir, əmin-amanlığa, dinc yanaşı yaşamağa çağırışdır. Sülhün qorunması uşaqlarımızın qorunması deməkdir. Bütün müharibələr sülh ilə sona çatıb. Sülh bütün vasitələrdən güclüdür. Dünyada sülh gününün keçirilməsi sülhsevər xalqların bir araya gələrək bəşəriyyətin xilası üçün birlik nümayiş etdirməsidir...davamı



Mükafat sahibinə çatmadı...

Vətən sevgisinin, vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Belə ömürlər şərəflidir, örnəkdir.

Şəhidliyin, qəhrəmanlığın məkanı, zamanı olmur. Şəhidlər xalqın kimliyini, mənliyini qoruyub işıqlı sabahımıza boylanan azadlıq pöhrələridi, yüksəlişin, ucalığın ortağıdı. Öz ömrünü ömürlərə - Vətənə bağışlayan oğullardı qəhrəmanlar...davamı


 



"Azərbaycan Ordusu" qəzetinin tam variantı