Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 İyun 2017 11:14

"Azərbaycan Ordusu" qəzeti - 7 iyun 2017-ci il №43 (2160)

“Seçdiyim yolu Vətən sevgisi işıqlandırır”


“Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır”

Azərbaycan Silahlı Qüvvələri Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və xalqın azadlığının qoruyucusudur. Bu müqəddəs missiyanı yerinə yetirərkən hər bir azərbaycanlı öz məsuliyyətini dərk edir...davamı

 

 

 

Cəsurlarımızla qürur duyuruq
Vətən keşiyində dayanan əsgərlərimizin görüşünə yollanırıq. Zabit Murad Muradov söhbətimizdə qeyd edir ki, şəxsi heyət Müdafiə Nazirliyinin təsdiq etdiyi plana əsasən, döyüş tapşırıqlarını yerinə yetirir. “Bizə etibar olunan ərazilər mərdliklə qorunur...davamı

 

 

 

Silahlı Qüvvələrimiz torpaqlarımızın toxunulmazlığına təminatdır
“Ən yaxşı artilleriya divizionu”

2017-ci il üçün nəzərdə tutulan döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Silahlı Qüvvələrində ən yaxşı artilleriya divizionlarının müəyyən edilməsi, raket və artilleriya birləşmələrinin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təlimlər keçirildi...davamı

 

 

 

Kursantlar hüquqi biliklərini artırırlar
İnsan Hüquqları Günü ölkəmizdə də təntənə ilə qeyd edilir. Bununla bağlı "İnsan Hüquqları Aylığı" keçirilir, vətəndaşlara hüquqi məsləhət və tövsiyələr verilir.
Silahlı Qüvvələrdə də İnsan Hüquqları Günü ilə bağlı tədbirlərdə hərbi qulluqçular fəal iştirak edirlər...davamı

 

 

 

Anlar tarix yaradır
Tarix - yaddaşdı, yaddaş - tarix. Çox şeyə görə yaddaşa borcluyuq...

Video-kameranın yaddaşına köçürülən anlar dövlətə, dövlətçiliyə bağlıdırsa, daha həssaslıqla, daha mühafizəkarcasına qorunur, yaşadılır. Tariximizin tərkib hissəsi olması üçün yaşadılır...davamı

 

 

 

“Yelkən”dən böyük dünyaya
Uşaqlıq dünyası...

Bənzərsizliyiylə, saflığıyla, səmimiyyətiylə könülə yatan, könül xoşluğuna dönən bu dünya nədən böyük dünyaya görk olmur? Uşaqlıq dünyası niyə dünyanın Dan ulduzu olmasın? Nədən uşaqların təbəssümünü insanın insana, dövlətin dövlətə münasibətinin "yolgöstərəni" bilməyək? Nədən?...davamı

 

 

 

“Horadiz halayı”ndan “Qələbə halayı”na
Sözə ömür verə-verə sözdən ömür umanların yazdığı şeirlər duyğuluların könül sirdaşına dönür. Söz şeirləşəndə gözəlləşir. Məzmununa uyarlı musiqiylə təqdim edilən şeir daha təsirli olur. Hər şeir, hər musiqi könülə yatmır - duyğuları titrətmir, düşüncələri tərpətmir...davamı

 

 

 

İdman döyüş ruhumuzu artırır
Hərbi qulluqçuların fiziki cəhətdən möhkəm, güclü olmaları onların döyüş ruhunu daha da artırır. Məhz buna görə də ordumuzda fiziki hazırlığa diqqət yüksəkdir. İstər arxa cəbhədə, istərsə də cəbhə xəttində yerləşən hərbi hissələrdə yeni idman şəhərcikləri salınır, müasir idman alətləri ilə təmin edilmiş trenajor zalları fəaliyyət göstərir...davamı

 

 

"Azərbaycan Ordusu" qəzetinin tam variantı