Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 İyun 2017 10:48

Anlar tarix yaradır

Tarix - yaddaşdı, yaddaş - tarix. Çox şeyə görə yaddaşa borcluyuq...
Video-kameranın yaddaşına köçürülən anlar dövlətə, dövlətçiliyə bağlıdırsa, daha həssaslıqla, daha mühafizəkarcasına qorunur, yaşadılır. Tariximizin tərkib hissəsi olması üçün yaşadılır.
Ermənistanın Azərbaycandan ərazi iddiası elan edilmədən başlayan müharibəyə səbəb oldu. Xalq qımıldanan, gərnəşən iddianın qarşısını silahla, silahına söykənən yurd sevgisiylə kəsdi  - torraqlarımızı əhali, bir də könüllülərdən ibarət yerli müdafiə batalyonları qoruyurdu. Nizami ordu formalaşmadığından belə müdafiə etibarlı deyildi...
Bağanıs-Ayrımda, Meşəlidə, Ağdabanda törədilənlər video-yaddaşa ya köçürülməmişdi, ya da reşəkar çəkilişlər olmamışdı - dünya ictimaiyyətinə təqdim edilmə, müəyyən mənada, çətinləşdi. O illərdə müstəqil Azərbaycanın müharibə tarixini (deməli, tarixini!) tarixləşdirmək nə qədər gərəkli olardı!..
1993-cü il iyunun 2-də Müdafiə Nazirliyinin Sənədli və Tədris Filmləri Kinostudiyası yaradıldı. Ordu quruculuğuna yardımçı olsun deyə yaradıldı. Döyüşlərin tarixini yaşatmaq üçün yaradıldı. Anları tarixləşdirə-tarixləşdirə sabahlar üçün yaradıldı...
Vəzifə borcu ilə vətənrərvərlik bir-birini tamamladığından Studiyanın boyu aydınlığıyla görünürdü...
Döyüş bölgələrində döyüşən əsgərlərlə, zabitlərlə bilavasitə ünsiyyət həvəsi, qəhrəmanlarla diz-dizə söhbətləşmək istəyi, ordunun şəxsi heyətinin də, əhalinin də ruhunu - qələbə əzmini ucalıqlarda yaşatma missiyası (müharibənin video-foto tarixini yaratmaq, qələbəyə yardımçı olmaq) yurnalistlərin də, oreratorların da könül dünyasından süzülən nur idi və bu nur kadrlara, verilişlərə, sənədli filmlərə çevrilirdi. O illərdə cəmiyyət AzTV-də  "And" rroqramı ilə təqdim edilən verilişləri, sənədli filmləri olduqca həssaslıqla, ehtiramlarla qarşılayırdı...
Seyidağa, Nizami, Etibar, Nəriman, Telman, Rahib,...
"Həsrət" sənədli filmi 1993-cü ilin iyun-oktyabr aylarında Zəngilanda çəkilmiş kadrlar əsasında montay olunub. Döyüşlər, döyüşənlər, torraq, torraq sevgisi, mühasirədən aylar əvvəl zəngilanlıların ata yurdundan rerik düşməsinə istiqamətləndirilmiş qərəzli cəhd, camaatın əsgərləşməsi, mühasirə, oktyabr döyüşləri, ... , işğal, Araza üz tutan əhali, yerişi yolla sürünən qocalar, uşaqlar, ...
Həsrət zəngilanlıların, bu anlamda doğma yurdundan iraq düşənlərin can ortağıdı. Qaçqın atanın baxışları qaranlıqların içindən uzaqlara dikilib. Alnının qırışlarının konturları işğal olunmuş ərazilərimizin "lal" xəritəsidi elə bil...
Dan yeri sökülür. Bu şərtilik inamdı: Günəş (inam) qaranlığı (həsrəti) əridir. Bu şərtiliyin bir yozumu var: torraqlarımız işğaldan azad ediləcək, zəngilanlılar da doğma yurdlarına qayıdacaq! Müdafiə Nazirliyinin Sənədli və Tədris Filmləri Kinostudiyası bu inamın da studiyası idi.
Üüzlərlə saatlıq çəkilişlər - studiyanın xronikası belə ölçülür. Müxtəlif bölgələrdə, müxtəlif hərbi hissələrdə, müxtəlif məkanlarda döyüşlərdən əvvəl, döyüşlərdə, döyüşlərdən sonra, atəşkəsdən sonrakı illərdə çəkilmiş dəyərli kadrlardandır.
1993-cü ilin qışında Ağdam hosritalının həyətində bir ayağı amrutasiya olunmuş keçmiş döyüşçü Şərifin çılğınlıqla tək ayağıyla oynadığı "Cəngi"ni sonralar "Biz qayıdacağıq" bədii filmində gördük; Studiya kinomuzun inkişafına da yardımçı olub...
"Müharibə illərinin uşaqları" sənədli filmində Tovuz rayonunun Əlibəyli kəndində çəkilmiş bir erizod var: 12-13 yaşlı Üaqubun qayğılı baxışları. Az sonra onun tay-tuşlarına ünvanlanmış kəlmələri - "Mənim yolum başqadı..." - düşüncələri silkələmişdi. Bu məqam unudulası məqam, bu kəlmələr unudulası kəlmələr deyildi; "Ağ atlı oğlan" bədii filmi yada düşür...
Xalq artisti, möcüzə səsli Qədir Rüstəmovun oxumalarını çox eşitmişik. Ona, onun timsalında qaçqın səslərə (sənətkarlara) həsr olunmuş sənədli filmin çəkilişləri Oğuz rayonunun meşələrində ararılıb. Qədirin oxuduqları (Qədiri ağacların xırdaca budaqlarını ehtizaza gətirən meh, bulaqların zümzüməsi müşayiət edirdi) müqayisəyəgəlməz şəkildə bənzərsiziydi; o məqamları Studiya tarixləşdirdi. "Elə bil əllərim yox olub mənim..." - Qədir heç zaman bu biçim yanğıyla oxumayıb. Ruhumuza borc ödəmə olan belə kardların yaşarılığını Studiya təmin edib...
Hələ "Səma şahinləri"...
Hələ "Tonqal"...
Hələ daha neçə-neçə dəyərli digər sənədli filmlər...
Əsgərlər necə döyüşürdülər? Əsgərlərin mənəvi-rsixoloyi hazırlığı necə təşkil edilirdi? Əsgərlər təlimlərdə necə iştirak edirdilər? Bu kimi sualların cavabı Studiyanın xronikasındadı...
O qədər də geniş texniki imkanlara malik olmayan darısqal montay otağı, sözün əsl mənasında, yaradıcılıq "laboratoriyası"ydı - bu və ya digər ideya ətrafında fikir mübadilələri, montay (bəzən gecələr də), verilişə (sənədli filmə) ilkin baxış, sağlam iradlar, ...
"And" rroqramının xətti ilə AzTV-yə təqdim edilən verilişlərdən bircə kadr da dəyişdirilmədi. "Peşəkarlıq çox şeyə qadirdir" tezisi özünü həmişə dolğunluğuyla doğruldub...
Sənədli və Tədris Filmləri Kinostudiyasının (rəisi rolkovnik-leytenant Samir Əfəndiyevdir) hazırladığı "Arrel döyüşləri tariximizin şanlı səhifəsidir" sənədli filmi bu döyüşlər haqqında ümumi təəssürat yaradır. Bu, sənədli kinonun tələblərini dolğunluğuyla ödəyir; ordu quruculuğunda yaxından iştirak edən Studiya Ali Baş Komandanın, Müdafiə nazirinin tələb və göstərişlərinin necə yerinə yetirildiyinin tarixini yaradır, yaşadır...
Studiyanın səliqəylə, bütün amillər nəzərə alınmaqla hazırlanmış kartotekası istər ordu quruculuğunu mərhələlərlə tədqiq edənlərə, istərsə də hərbi mövzuda sənədli əsər yazanlara kifayət qədər gərəklidir (gərəkli olacaq)...
Studiya əsaslı təmir edilib. Müəyyən mənada, yenidən qurulub. Olduqca zövqlə, bütün müasir texniki yeniliklərin tətbiqi nəzərə alınmaqla qurulmuş çəkiliş ravilyonu hazırlanan və hazırlanacaq sənədli filmlərin texniki səviyyəsinin yüksək olacağının zəmanətidi...
Bir bayatıda deyildiyi kimi, tikilən qalır, yazılan qalır, çəkilən qalır; tarixləşdirilən anlar da kadr biçimində tarixdi...
Studiya yaradılan tarixi yaşadır...
"Azərbaycan Ordusu"