Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Oktyabr 2018 12:02

"Azərbaycan Ordusu" qəzeti 6 oktyabr 2018-ci il №77 (2293)

“Ürəyimiz Vətən ilə döyünür”

Payızdı... Ətraf aləmin gözəlliyindən, yaşıl, sarı, qızılı rənglərin harmoniyasından aldığım pozitiv enerji bir başqadır. Gözlərim ilahinin bəxş etdiyi gözəlliyi seyr etməkdə, qəlbim isə səngərdə igid oğullarımızla kəlmələşməkdədi. Qəribədir, payız fəsli ruhuma nə qədər sakitlik gətirsə də, oğullarımızla xəyali söhbətim qanımı bir o qədər coşdurur. Sözlə ifadə etməyə çətinlik çəkdiyim duyğuların bəxş etdiyi ovqatla yolumuza davam edirik...davamı







“Azərbaycan Ordusu tezliklə Böyük Qələbəni qazanacaq”

Hazırda müharibə şəraitində yaşayan respublikamızda ordu quruculuğu ən prioritet məsələlərdən biridir və bu amil ölkə rəhbərliyi üçün xüsusi əhəmiyyət kəsb edir. Son illərdə Azərbaycan Ordusu əsaslı inkişaf yolu keçib, ordumuzun maddi-texniki bazası hərtərəfli müasirləşdirilib, döyüş qabiliyyəti artıb. Maddi-texniki bazası durmadan təkmilləşdirilən ordumuzun peşəkarlığı da artıb...davamı








“Övladlarımızı Vətən üçün böyüdürük”

Bütün peşələr gözəldir, doğmadır. İnsanın peşə seçimi, peşə sevgisi azaddır. Ürəyinə yatan istənilən ixtisası seçə bilərsən, təki o sahəyə həvəs və marağın olsun. Çoxları təsdiq edər ki, müəllimlik peşəsi daha ali və daha ucadır. Müəllimlik insandan böyük məsuliyyət, səbr və diqqət tələb edir. Müəllimlər saçlarını sinif otaqlarında, şagirdlərinin arasında ağardır...davamı








Hər cür qayğı ilə əhatə olunmuşuq


Azərbaycan Ordusu təkcə arsenalında olan silah-sursatı ilə deyil, həmçinin şəxsi heyətinin döyüş ruhunun yüksək olması, əsgərlər üçün yaradılmış sosial-məişət şəraiti ilə fərqlənir. Ordumuzdakı inkişafı, müsbət istiqamətli dəyişiklikləri valideynlər "Açıq qapı" günlərində daha yaxından görürlər...davamı








Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi


Mövzu: Hərbi quruculuq və dövlət təhlükəsizliyi ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericilik aktları.

Suallar:

1. Azərbaycan Respublikasının hərbi quruculuq və dövlət təhlükəsizliyi  ilə əlaqədar qəbul edilmiş qanunvericilik aktları.

2. Hərbi qulluqçuların hüquq və vəzifələri...davamı









Qələbə gününün marşını ifa edəcəyik

Hərbi hissələrdə əsgərlərimizin asudə vaxtlarının səmərəli keçməsi üçün hər cür şərait yaradılıb. Onlar şahmat, futbol, voleybol oynayırlar, müxtəlif maarifləndirici viktorinalar və yarışlar keçirir, həmçinin musiqi alətlərində ifa etməyi bacaran gənclər silahdaşları üçün musiqi dəqiqələri təşkil edirlər...davamı








İdman - sağlamlıqdır

Şəxsi heyətin fiziki hazırlığının yüksək səviyyədə olması döyüşdə qələbəni təmin edən əsas amillərdən biridir. Əsgər fiziki cəhətdən möhkəmdirsə, o, qarşıya qoyulan tapşırığı operativ və yüksək səviyyədə icra etməyə qadirdir. Ordumuzda şəxsi heyətin fiziki hazırlığının və sağlamlığının yüksəldilməsinə yönəlik dərslər keçirilir, kütləvi idman tədbirləri, ordu birincilikləri təşkil olunur...davamı

 

 

 

 

"Azərbaycan Ordusu" qəzetinin tam variantı