Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Mart 2019 12:50

"Azərbaycan Ordusu" qəzeti 6 mart 2019-cu il №18 (2335)

İnamımız – qalibiyyət bayrağı!

Bu nida Vətənin nidasıdı, ön xətdə, səngərdə, əsgərlərin əhatəsində daha duyğusallıqla eşidilir. Ezamiyyətlərdə bu nidanı bu və ya digər söz tərkibləriylə demişik də, eşitmişik də. Deyəndə də, eşidəndə də Azərbaycan Ordusunun döyüş qabiliyyətinə - qüdrətinə küsənmişik. Bu gün də həmin ovqatdayam. Bu nidanı döyüş növbətçiliyi aparan, döyüş növbətçiliyinə gedən əsgərlərdən "Biz qalib gələcəyik!" kimi eşitmək istəyirik...davamı








“Hərbi xidmət Vətən qarşısında övladlıq borcumuzdur”

Hərbi hissələrə ezamiyyətimiz zamanı vətənpərvər əsgərləri yaxından tanıyırıq. Onlarla söhbət zamanı hər biri vurğulayır ki, Vətən bizə əmanətdir, biz Vətən keşikçiləriyik, şəraitdən asılı olmayaraq üzərimizə düşən müqəddəs vəzifəni layiqincə yerinə yetirməyi özümüzə mənəvi borc bilirik...davamı








Sıra hazırlığı döyüş hazırlığının vacib elementidir

Bu gün ölkəmizdə ordu quruculuğu prosesi uğurla həyata keçirilir. Silahlı Qüvvələrin Ali Baş Komandanının, Müdafiə nazirinin diqqət və qayğısı nəticəsində müasir standartlara uyğun qurulan hərbi hissələr  şəxsi heyətin istifadəsinə verilir. Ordu sıralarında olan əsgərlərimizin xidmətlərini düzgün təşkil etmələri üçün hər bir şərait yaradılıb. Hərbi hissələrdə müasir yeməkxanalar, tibb məntəqələri, hamam-camaşırxanalar, idman şəhərcikləri, sıra meydanları və digər xidməti sahələr şəxsi heyətin istifadəsindədir...davamı








İdmana qayğı daim diqqət mərkəzindədir

Yasamal rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin İdman sarayında 5 mart Bədən tərbiyəsi və idman gününə həsr olunmuş festival keçirildi.
Tədbir Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin hərbi orkestrinin səsləndirdiyi marşın sədaları altında Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantlarının müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət bayrağının meydana gətirilməsi ilə başladı...davamı








Təhsil ocaqlarında hərbi vətənpərvərlik tədbirləri

Gənclərə  hərbi vətənpərvərlik və milli-mənəvi dəyərlərin təbliğinə yardımçı olmaq, həmçinin Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul qaydalarının şagirdlərə çatdırılması məqsədilə nazirliyin nümayəndə heyəti bölgələrdə yerləşən orta məktəblərdə  hərbi rəhbərlər və yuxarı sinif şagirdləri ilə kompleks tədbirlər keçiriblər. Tədbirlərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib...davamı









“Son nəfəsimə kimi xalqıma, Ana Vətənimə xidmət edəcəyəm”

Bu günlərdə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin kitabxanasında Şəhid Anaları Xeyriyyə Mərkəzinin rəhbəri, Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın anası Rəfiqə Əsgərovanın 85 illik yubileyinə həsr olunmuş "Ana Vətən" mövzusunda tədbir keçirildi...davamı








MOİK idmançılarının qələbələri

Futbol üzrə Azərbaycan çempionatının I divizionunda XVII turun oyunlarına start verilib. MOİK hesabat turunda "Şüvəlan"ı qəbul edib.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda keçirilən oyun komandamızın tam üstünlüyü şəraitində keçib. Görüşün taleyini 1, özü də elə 1-ci dəqiqədə vurulmuş qol həll edib. Raul Yaqubzadə uzaqdan baxımlı qol vurmaqla "hərbçilər"in ikinci dövrədəki qələbə seriyasının 4 oyuna çatmasına töhfə verib...davamı





"Azərbaycan Ordusu" qəzetinin tam variantı