Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Mart 2019 10:58

MOİK idmançılarının qələbələri

Futbol üzrə Azərbaycan çempionatının I divizionunda XVII turun oyunlarına start verilib. MOİK hesabat turunda "Şüvəlan"ı qəbul edib.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda keçirilən oyun komandamızın tam üstünlüyü şəraitində keçib. Görüşün taleyini 1, özü də elə 1-ci dəqiqədə vurulmuş qol həll edib. Raul Yaqubzadə uzaqdan baxımlı qol vurmaqla "hərbçilər"in ikinci dövrədəki qələbə seriyasının 4 oyuna çatmasına töhfə verib.
Xatırladaq ki, MOİK bundan əvvəl "Kəpəz", "Turan Tovuz" və "Zirə-2"ni məğlub etmişdi.
Hazırda Azər Bağırovun yetirmələri 17 turdan sonra 41 xalla turnir cədvəlinə başçılıq edir. MOİK növbəti oyununu martın 8-də ən yaxın rəqibi "Sumqayıt-2"yə qarşı səfərdə keçirəcək.

 

* * *



Boks Mərkəzində yeniyetmə boksçular arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub. Bakı və respublikanın müxtəlif bölgələrini təmsil edən 50-yə yaxın komandanın qatıldığı yarışda 268 idmançı mükafatlar uğrunda mübarizə aparıb. 6 gün davam edən birincilikdə 2003-2004-cü il təvəllüdlü yeniyetmələr güclərini sınayıblar.
MOİK idmançıları da yarışda fərqlənənlər sırasında olub. Belə ki, Turğay Mirzəyev 57 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyərək çempion adını və qızıl medal qazanıb. Namiq Əliyev isə 66 kq çəki dərəcəsində yalnız final döyüşündə məğlub olub və gümüş medal qazanıb.
Əlavə edək ki, MOİK-in məşqçisi Bəhruz Kərimov turnirin ən yaxşı məşqçisi seçilib.

Elvin YAQUBOV