Yüksək döyüş hazırlığı ilə Vətən sevgisinin vəhdəti hər zaman qələbəyə aparır
İstər pre-konflikt, konflikt, istərsə də post-konflikt dövründə istehkamçıların üzərinə böyük və məsuliyyətli vəzifə düşür. Təbiidir ki, məsuliyyətli işin öhdəsindən layiqincə gəlməyi bacarmaq üçün yüksək döyüş hazırlığı, polad iradə tələb olunur. Çünki burada insan amili, ölüm riski olduğunu nəzərə alaraq, mühəndis istehkamçının səhvə yol vermə şansı yoxdur. Bunun üçün də peşəkarlıq ən vacib amilə çevrilir...davamı
“Göstərilən diqqətdən ruhlanaraq nümunəvi xidmət etməyə can atırıq”
Əsgərlərin mənəvi-psixoloji durumu döyüş hazırlığını şərtləndirən ən mühüm amillərdəndir. Belə ki, yüksək əhval-ruhiyyədə xidmət edən şəxsi heyət keçirilən dərslərdə, təlim-məşqlərdə həvəslə iştirak edir, hərbi bilikləri daha yaxşı mənimsəyir. Müasir dövrdə də Azərbaycan əsgərinə göstərilən diqqət və qayğı, yaradılan yüksək məişət şəraiti onların ruh yüksəkliyi ilə xidmət etmələrinə zəmin yaradır...davamı
“Döyüşlərdə sıradan çıxmış texnikalar qısa müddət ərzində təmir olunurdu”
Vətən müharibəsində qələbənin qazanılmasında gənc zabitlərimizin də göstərdikləri igidlik və qəhrəmanlıq nümunələri danılmazdır. Bu oğullar döyüşlərdən doğmalarının yanına qələbə ilə qayıtdılar...davamı
Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi (İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)
Mövzu: Hərbi etikanın əsasları. Hərbi qulluqçular arasında qarşılıqlı münasibətlər, bölmədə sağlam əhval-ruhiyyənin yaranmasında kollektivin rolu.
Suallar:
1. Hərbi etikanın əsasları.
2. Hərbi kollektivlərdə qarşılıqlı münasibətlər və yüksək davranış qaydaları.
Hərbi etikanın əsasları
Etika qədim yunan dilində "şəxsin əxlaqi baxımdan adət və xasiyyəti" mənasını ifadə edən "etnos" kəlməsindən törəmişdir. Etikanın əsas mövzusu əxlaq anlayışıdır. Etika insanların həm ayrı-ayrı fərdlərlə, həm də ictimaiyyətlə münasibətlərin təməlini təşkil edən dəyərlər, normalar, qaydalar, səhv-düz və ya yaxşı-pis kimi xüsusiyyətləri əxlaqi baxımdan öyrənən fəlsəfi nizamdır...davamı
Vətən məhəbbəti, dost sədaqəti və yaşadılan dəyərlər
Bu vətənə can verərək,
Bir ölür, min dirilirik.
Şəhid libasın geyərək,
Bir ölür, min dirilirik.
Babək rayonu, Şəkərabad kəndi. Şəhid baş leytenant Telmanlı Allahyarın evi. Otağın divarlarını şəhid şəkilləri bəzəyir. Vətən müharibəsində göstərdiyi şücaətə görə aldığı "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "İgidliyə görə" medallar və 3-cü dərəcəli "Rəşadət" ordeni bir döyüşçü haqqında ilkin təəssürat yaradır...davamı
Qürurlanıram ki, Vətən müharibəsi iştirakçısıyam
Yeniyetmə Həzi Aslanovun tam artilleriya generalı Səməd ağa Mehmandarova cavabı mənim də düşüncələrimin səmtini müəyyənləşdirib. Orta məktəbi bitirəndə hərbçi olmağı, həm də on illərdən sonra Həzi Aslanovun davamçılarından olmağı qərara almışdım. Ailəmiz fikrimi bəyəndi...davamı
“Şuşadan gələn addım səsləri”
Şuşanın füsunkar gözəlliyini seyr edən zaman uzaqdan qulağıma nizami addımlarla irəliləyən əsgərlərimizin dediyi "Vətən sənə canım fəda" şüarının səsi gəldi. Ruhumuzun dinclik tapdığı bu yerdə eşitdiyimiz addım səsləri nəğmə kimi insanın cisminə hopurdu...davamı
"Azərbaycan Ordusu" qəzetinin tam variantı