Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Sentyabr 2020 11:15

"Azərbaycan Ordusu" qəzeti № 58 (2476)

Prezident İlham Əliyev yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciət edib. Müəllimləri, tələbələri və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edən dövlət başçısı bildirib ki, dünyada və ölkəmizdə geniş yayılmış koronavirus pandemiyası ilə əlaqədar tədris prosesi yeni formatda təşkil ediləcəkdir. Müraciətində pandemiya ilə əlaqədar görülən işlərə toxunan Prezident İlham Əliyev ölkə səviyyəsində həyata keçirilən sosail layihələrdən və məktəb tikintilərindən də söz açıb...davamı



“Ali Baş Komandanın döyüş əmrinə hazırıq”

Səngər həyatı... Torpaqlarımızın bir qisminin işğal edildiyi bir dövrdə hər bir azərbaycanlı səngərlə yaxından tanışdır. Yetkinlik yaşına çatdıqdan sonra hərbi xidmətə gedən gənclərin çoxunun həyatının müəyyən bir dövrü səngərdə keçir. Əgər hərbi xidmət yeniyetməni kişi kimi formalaşdırırsa, səngər əsl döyüşçü, layiqli vətəndaş və xalqının taleyini öz mənafeyindən üstün tutan qəhrəman kimi yetişdirir. Tariximizin səhifələri belə oğullarımızın adları ilə doludur...davamı



“Azərbaycan torpaqları işğalda qalmayacaq!”

Döyüş hazırlığının yüksək səviyyədə saxlanması daim Müdafiə Nazirliyi rəhbərliyinin diqqət mərkəzindədir. İstər düşmənə qarşı mübarizədə, istər torpaqlarımızın təhlükəsizliyinin təmin edilməsində, istərsə də birbaşa döyüş meydanında şəxsi heyətin müsbət nəticələr əldə etməsi döyüş hazırlığından bilavasitə asılıdır. Ordunun əldə etdiyi uğurların arxasında mütəmadi keçirilən döyüş hazırlığı dərsləri, təlimlər və səhra çıxışları dayanır...davamı



İnam qələbəyə çağırışdır

Deyirlər hərbçilər Vətən sevgisi ilə dolu olurlar. Onlar nəinki fikirləri ilə, düşüncələri ilə, eləcə də doğulduğu torpağa candan bağlı olmaları ilə fərqlənirlər. Tarixdə döyüş qabiliyyəti, bacarığı, istedadı ilə ad qoyan, döyüşlərdə şücaət göstərən, bundan sonra yüz illər keçsə də, tarixin səhifələrində, insanların yaddaşında qalacaq bir çox qəhrəmanlar var. Doğma torpağını candan sevən, sözün əsl mənasında,  Vətən sevgisi ilə dolu olan baş leytenant Camal Əzizbəyli belə insanlardandır...davamı



Qalib əsgərlərimizi analar bağrına basacaq


Həyata keçirilən böyük islahatlar ordumuzun gücünün daha da yüksəlməsini təmin etdi. İndi ordumuz nəinki cənubi Qafqazda ən güclü ordudur, həm də dünyada ən güclü ordular sırasındadır...davamı



Ümummilli lider Heydər Əliyev:Əhmədiyyə Cəbrayılov qoçaq adam olub, əsl qəhrəmandır, onun xatirəsini mütləq yaşatmaq lazımdır

  
Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Müqavimət Hərəkatının ən fəal iştirakçılarından biri  Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi ilə əlaqədar imzaladığı sərəncam xalqımızın, dövlətimizin bir daha qəhrəman övladlarına əbədi ehtiramın təzahürüdür...davamı



Sən qələbə qazanmağa qadirsən, Azərbaycan əsgəri!

Azərbaycan əsgəri!

Bu söz, bu ifadə necə də iftixarla səslənir! Bu adda böyük bir qürur var, qalibiyyət var, zəfər var. Bu sənin adındır, yurdumuzu, torpağımızı qoruyan, Azərbaycan əsgəri! Tarix boyu sənin adın hər yerdə hörmətlə, izzətlə çəkilib, bundan sonra da çəkiləcək. Azərbaycan əsgəri, bu günə qədər sənin qəhrəmanlığının şərəfinə neçə-neçə dəyərli əsərlər yazılıb, mahnılar qoşulub, abidələr ucaldılıb. Sənin qəhrəmanlığın bundan sonra da zaman-zaman vəsf olunacaq, adın dillərdən düşməyəcək...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı