Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Sentyabr 2020 11:15

Qalib əsgərlərimizi analar bağrına basacaq

Həyata keçirilən böyük islahatlar ordumuzun gücünün daha da yüksəlməsini təmin etdi. İndi ordumuz nəinki cənubi Qafqazda ən güclü ordudur, həm də dünyada ən güclü ordular sırasındadır.
Silahlanmaya daxil edilən ən müasir silahlar ordunun gücünü, şəxsi heyətin döyüş hazırlığını, yeni hərbi hissələrin istifadəyə verilməsi, Ali Baş Komandanın, Müdafiə Nazirliyinin rəhbərliyinin ön xətdə əsgər və zabitlərimizə tövsiyələr verməsi, xidmətdə fərqlənənləri mükafatlandırması şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksəldib. İctimaiyyət inanır ki, əsgərlərimiz Ali Baş Komandanın döyüş əmrini qələbə ilə başa çatdıracaqdır...
Azərbaycan əsgərinin döyüş qabiliyyəti, gücü iyul döyüşlərində də bu ordunun qadirliyinin təsdiqi oldu.
Qazanılan qələbələri dünya ictimaiyyəti Azərbaycan Ordusunun döyüş qüdrəti bildi. Xalq ordumuzun döyüş əzminə, qələbə  ruhuna daha dönməzliklə inanır.
Oğlum Mərdanın 11 yaşı var. O da ordumuzla qürur duyur. O da hərbçi olmaq niyyətindədir. Varlığımla inanıram ki, nəinki mənim oğlum, hətta çağırış yaşlılarımız da işğaldan azad edəcəyimiz torpaqlarda xidmət edəcəklər.
İyul döyüşlərində əsgərlərimizin döyüş əzmini, qələbə ruhunu xalqımız da gördü, düşmənlər də. Düşmənlər bir daha dərk etdilər ki, Azərbaycan Ordusu güclüdür. Azərbaycan əsgəri döyüşlərə tam hazırdır! Azərbaycan əsgəri bütün şəhid analarının oğludur, bacılarının qardaşıdır. Şəhid qardaşlarının ruhu da döyüşlərdə onunla olacaq!
Döyüşlərdən, Böyük Qələbədən sonra qalib əsgərlərimizi bütün analar bağrına basacaq...
Arəstə BAXIŞOVA, "N" hərbi hissəsi