Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Sentyabr 2020 10:37

"Azərbaycan Ordusu" qəzeti № 55 (2473)

Prezident İlham Əliyev Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edib. AZƏRTAC Prezident İlham Əliyevin görüşdəki çıxışından əsas məqamları təqdim edir...davamı



“Vətən üçün döyüşəcəyik, qalib gələcəyik!”

Səhərdir. Üfüqdən yenicə boylanmaq istəyən Günəş yer üzünün hər tərəfini qızılı şəfəqlərinə bürüməkdədir. Səhərin bu erkən çağında bir-birinə bənzəməyən gözəl mənzərələri seyr edə-edə ön xəttə - zabit və əsgərlərimizin yanına gedirik.

Ön xətdəyik. Əvvəlki illərdə də burada dəfələrlə olmuş hərbçilərimizlə görüşmüşdük. İndi bu yerlər əvvəlki çağlarından xeyli fərqlənir...davamı



“Biz Əlağa Şıxlinskinin davamçılarıyıq”

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində şəxsi heyət döyüş hazırlığı planına əsasən dərslərə cəlb olunmuşdu. Baş leytenant Xəyal Balaşov tabeliyində olan əsgərlərə minaatanın taktiki-texniki xüsusiyyətlərini izah edirdi.

Məşğələ bitdikdən sonra baş leytenant Xəyal Balaşov keçdiyi mövzu haqqında dedi ki, minaatan kompleksi düşmənin yüksəkliklərdə, yamaclarda, təpələrin arxasında yerləşən canlı qüvvəsini, döyüş texnikasını məhv etmək və motoatıcı bölmələrin atəş dəstəyini təmin etmək üçün nəzərdə tutulub...davamı



Tarix necə varsa: Şah İsmayıl Xətai

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Bütün hərbi hissələrdə ideoloji vəziyyətə xüsusi əhəmiyyət verilməlidir. Ölkəmizin tarixi - həm qədim tarixi, həm də müasir tarixi ilə əlaqədar hər əsgərdə, zabitdə dolğun təəssürat olmalıdır" tapşırığı ideoloji işin mahiyyətinə yeni yanaşmalar gətirdi. Əsgərlərin mənəvi-psixoloji hazırlığı ənənəvi üsul və vasitələrlə bir sırada əsgər təfəkkürünün əhatəli inkişafına hesablanmış metodlarla da aparılır, - polkovnik Elşad Əbilov belə deyir...davamı



Azərbaycan tarixi daha əhatəli öyrəniləcək

1747-ci ildə Kəngərli tayfa başçısı Heydərqulu xan yerli feodallara arxalanaraq özünü Naxçıvanın ilk xanı elan etdi. Naxçıvanın xanlıqlar dövrü başladı. Səfəvilər dövründə Çuxursəd bəylərbəyliyinin ərazisində yaranan Naxçıvan xanlığı Zəngəzur dağlarından başlamış Araz çayı vadisinə qədər olan ərazini, Qərbi Azərbaycanın böyük bir hissəsini əhatə edirdi...davamı



Şəxsi heyətin sağlamlığı üçün müntəzəm tədbirlər həyata keçirilir”


Azərbaycan Ordusunda şəxsi heyətin sağlamlığını, sağlam həyat səviyyəsini qorumaq hərbi hissələrin tibb xidmətlərinin qarşısında duran başlıca vacib məsələlərdəndir. Yeni tikilən və bərpa edilən bütün hərbi hissələrin maddi-texniki bazasının gücləndirilməsi üçün tibb müəssisələrinin də yenidən qurulması, onların müasir tibbi avadanlıqlarla təchiz edilməsi, tibbi idarəetmədə və müalicə proseslərində texnologiyanın ən son nailiyyətlərindən istifadə olunması nəzərdə tutulur və tətbiq edilir. Fəxrlə deyə bilərik ki, bu gün Azərbaycanın hərbi səhiyyəsi müasir tələblər əsasında qurulub...davamı



Əsgər hərtərəfli qayğı ilə əhatə olunub

Ali Baş Komandan İlham Əliyevin göstərişlərinə əsasən, hərbi qulluqçuların sosial-məişət şəraiti daim diqqət mərkəzindədir. Bu məqsədlə hərbi hissələrdə müasir əsgər yataqxanaları, təbliğat materialları ilə təmin olunmuş ideoloji otaqlar, istirahət, tədris və xidməti otaqlar, silah və döyüş texnikası üçün saxlanclar, tibb məntəqələri, hamam-camaşırxanalar və qazanxanalar inşa edilir...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı