Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 İyul 2023 15:43

"Azərbaycan Ordusu" qəzeti № 53 (2765)

Quruculuq işləri Zəfərdən sonrakı növbəti zəfər olacaq!

İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri başlayıb. Yollar çəkilib, çəkilir, infrastrukturlar yaradılıb, yaradılır, su elektrik stansiyaları fəaliyyətə başlayıb. Kəndlər, şəhərlər yenidən qurulur...davamı



“Torpaqlarımızın müdafiəsi etibarlı əllərdədir”

Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın dövlət müstəqilliyi möhkəmləndirildi, demokratik, hüquqi, dünyəvi dövlət quruldu, ölkənin ərazi bütövlüyü bərpa edildi, bir çox mühüm tədbirlər həyata keçirildi...davamı



Hərbi liseylərin “Heydər Əliyev İli”ndə qazandığı böyük uğurlar

"Hər bir vətəndaş, hər bir azərbaycanlı hiss etməlidir ki, indi Vətəni qorumaq üçün hərə öz payını verməlidir, hərə öz yerini tapmalıdır. İndi hər kəs müsəlləh əsgər olmalıdır. Bundan artıq vəzifə yoxdur"...davamı



Azərbaycan Respublikasına xidmət edirəm!

Hərbi qulluqçunun döyüş və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə olması ordunun döyüş qabiliyyətinin yüksək olmasının göstəricisidir. Bu gün ordumuzda gənclər üstünlük təşkil edir və hər biri peşəkarlığı ilə seçilir...davamı



“Qəhrəman hərbçilərlə çiyin-çiyinə xidmət etmək qürurludur”

Üzərinə düşən tapşırıq və vəzifələri bacarıqla yerinə yetirib nümunəvi xidmət edən hərbçilərlə həmsöhbət olmaq ovqatımıza ovqat qatır. Həmin dəqiqələrdə qürur dolu hisslər keçiririk. Budur, nümunəvi xidmətilə seçilən əsgər Əbubəkir Allahverdili ilə söhbət edir, onun ömür və xidmət yolunu vərəqləyirik...davamı



Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

Mövzu: Şüurlu hərbi intizam ordunun həyat və fəaliyyətinin, döyüşdə isə müvəffəqiyyətin əsas prinsipi və şərtidir

İctimai-siyasi hazırlıq qrupunun rəhbəri bu dərsə hazırlaşarkən Azərbaycan Respublikasının Konstitusiyasından, Silahlı Qüvvələrin İntizam Nizamnaməsindən istifadə etməli, bölmədə hərbi intizamın vəziyyətini və xidmət şəraitini nəzərə alaraq mövzunu bölmənin gündəlik həyatı ilə əlaqələndirməlidir.
Suallar:

1. Şüurlu hərbi intizam ordunun həyat və fəaliyyətinin əsas prinsipidir.

2. Möhkəm hərbi intizam döyüşdə müvəffəqiyyətin əsas şərtidir...davamı



Şəhid zabitin doğum günü qeyd olundu

Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan Ordusunun zabiti, Vətən müharibəsi şəhidi polkovnik-leytenant Vidadi Xəlilovun doğum gününə həsr olunmuş anım tədbiri keçirildi...davamı



“Hər birimiz hərbi sirlərə dərindən yiyələndik”

"N" hərbi hissəsində olduğumuz zaman müddətli həqiqi hərbi xidmətini başa vurmağa hazırlaşan hərbi qulluqçularla tanış olub, söhbət etdik...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı