Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyul 2021 10:00

"Azərbaycan Ordusu" qəzeti № 53 (2561)

“Xalqımıza qələbə sevincini yaşatdıq”

Azərbaycan Ordusunun döyüş hazırlığı arsenalında olan müasir hərbi texnikalarla deyil, bu texnikaları idarə edə bilən savadlı hərbi qulluqçularından asılıdır. Bu baxımdan ölkəmizdə beynəlxalq standartlara cavab verən hərbi təhsil sisteminin formalaşdırılması ordu quruculuğunda mühüm rol oynayır. Ordumuzun gücləndirilməsi ümummilli lider Heydər Əliyevin qarşıya qoyduğu prioritet məsələlərdən biri olub. Ulu Öndər savadlı hərbi kadrların hazırlanması məqsədilə müxtəlif vaxtlarda hərbi təhsil ocaqlarının yaradılması üçün fərmanlar imzalayıb. Ümummilli liderin uzaqgörənliyi sayəsində bu gün ölkəmizdə Cəmşid Naxçıvanski adına Hərbi Lisey, Heydər Əliyev adına Hərbi Lisey və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəb fəaliyyət göstərir...davamı



Şəxsi heyətin mənəvi-psixoloji hazırlığında Zəfər amili

Ermənistanın Azərbaycandan ərazi iddiası elan edilmədən başlayan müharibəyə səbəb oldu. Bu müharibə Ermənistanı işğalçı dövlət kimi tanıtsa da, ATƏT-in Minsk Qrupuna daxil olan dövlətlər BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə (əslində, bu, münaqişədən daha çox, müharibə xarakterli idi) bağlı qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinə təsir göstərə bilmədi. Ermənistan işğalçılıq siyasətini Azərbaycanın torpaqlarını öz əraziləriylə birləşdirməyə - işğal etdiyi Azərbaycanın ərazilərini tanıtmağa qərarlı idi. Ona görə də Azərbaycanın münaqişəni sülh yolu ilə həll etmək təklifindən - danışıqlardan yayınmağa, status-kvonu saxlamağa çalışırdı...davamı



“Zəfər qazandıq!”

Peşə seçimi təkcə ata yolunun davamçısı olmaq istəyi ilə deyil, həm də yeniyetmənin dünyagörüşüylə, təhsiliylə, ictimaiyyətin bu və ya digər peşəyə münasibətiylə bağlıdır. Peşə seçimi bəzən dövrün, zamanın diktəsiylə müəyyənləşir, sanki zaman "filan peşəni seç" - deyir yeniyetməyə və yeniyetmə bu ruhi pıçıltını eşidir...davamı



Tovuz döyüşləri ordumuzun qəhrəmanlıq səhifəsidir

Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə bir döyüş də - Tovuz döyüşləri də  qızıl hərflərlə yazıldı. Bu döyüşlərdə ordumuzun qələbəsindən artıq bir il ötür. Ötən il iyulun 12-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatların qarşısı qətiyyətlə alındı...davamı



“Zəfərimizlə həmişə qürur duyuruq”


Polkovnik-leytenant Nicat Məhərrəmov Quba rayonunda anadan olub. Təbiətin gözəllikləri, ecazkarlığı insanın xarakterinə də hopur. Təbiətə sevgisi insanlara da, bu sevginin, deməli, bəşəri sevginin başlanğıcı olanlara da həmişə həsəd aparılıb. Buna təhsilin də, duyumun da, duyğuların da təsiri olur. Ailədə valideynlər, orta məktəbdə müəllimlər uşaqlara, yeniyetmələrə məhz belə xarakter aşılamaq istəyirlər. Bu xarakter gəncin əsl vətənpərvər kimi formalaşmasında əhəmiyyətli olur...davamı



“Şəxsi heyətin sağlamlığı daim diqqət mərkəzindədir”

Tibb məntəqəsindəki təmizlik və səliqə-sahman ruhumuzu oxşadı. Elə ilk addımdan hiss olundu ki, məntəqədə müalicə olunanlara həkim və tibb bacılarının böyük diqqət və qayğısı var...davamı


Vətən şəhidlərlə var olur!

Vətənə bağlı illər yaşayanların ömrü ölümsüz olur...

Leytenant Natiq Saleh oğlu Baxşəliyev varlığı ilə Vətənə bağlı oğullarımızdan biri olub. Erməni tapdağı altında qalan torpaqlarımızın işğalı ilə o da heç vaxt barışmayıb. Tezliklə Vətəni azad və bütöv görmək istəyib. Bu istəyə çatmaq üçün bir vətəndaş olaraq üzərinə düşən vətəndaşlıq borcunu şərəflə, ləyaqətlə yerinə yetirməyə hər zaman hazır olub...davamı



“Ana, Vətən, Ana Vətən!”


"Ana, Vətən, Ana Vətən!" - nə gözəl səsləşmədi. Bu səsləşmə dan üzü çiçək ləçəyiylə şehin, yarpaqla mehin, yağışdan sonra göy üzündən üzülməyən baxışlarla qövsi-qüzehin səsləşməsi qədər gözəldi. Bu səsləşmə mənə Dilsuzun yazdığı "Bura Vətəndi!" şeirini, Cavanşir Quliyevin bu şeirə yazdığı mahnını, Akif İslamzadənin ifasında bu mahnının ecazkarlığını xatırladır. Bu fikirləri "N" hərbi hissəsində "Bura Vətəndi!" mövzusunda keçirilən diskussiyaya başlanğıc bildim...davamı



Dağ kəndinin dağ vüqarlı igidi

Şahbuz rayonunun Biçənək kəndində yaşayan Kamal Rəhimovla telefon danışığımız olur:

- Salam, Vətənimin igid oğlu, sənin kimi oğullarla tək mən yox, xalqımız fəxr edir.

- Çox sağ olun. Bu bizim illərlə ürəyimizdə gəzdirdiyimiz torpaq həsrəti idi. O həsrətə son vermək üçün səfərbər olduq. Düşünürəm ki, bu, hər bir Azərbaycan əsgərinin, gəncinin vətəndaşlıq borcu idi...davamı



Şəxsi heyətin məişət şəraiti yüksək səviyyədədir

Azərbaycan Ordusunun şəxsi heyətinin xidmət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində böyük işlər görülür. Yaradılan müasir şərait əsgərlərin döyüş və mənəvi-psixoloji hazırlıqlarının yüksək səviyyədə saxlanılmasına, onların öz xidməti vəzifələrini layiqincə yerinə yetirmələrinə müsbət təsirini göstərir. "N" hərbi hissəsində ən son müasir avadanlıqlarla təchiz olunan camaşırxana kompleksi diqqətimizi cəlb etdi...davamı



“Torpaqlarımızı göz bəbəyimiz kimi qoruyuruq”

Canım anam, salam. Necəsən? Bilirəm ki, səbirsizliklə xidmətimi uğurla başa vuracağım, tərxis olunacağım günü gözləyirsən. Ana, bu gün sevincimin həddi-hüdudu yoxdur. Çünki sənin yanına qalib ordunun nümayəndəsi kimi, Vətən torpaqlarını işğaldan azad etmiş əsgər kimi qayıdıram. Ana, nə yalan deyim, xidmətə gəldiyim ilk günlər darıxırdım. Ancaq indi çoxlu dostlarımın, silahdaşlarımın sayəsində vaxtın necə keçdiyini hiss etmirəm. Tələbkar və qayğıkeş komandirlərimiz problemlərimiz ilə daim yaxından maraqlanırlar. Təcrübəli və peşəkar əsgər kimi formalaşmağımızda əllərindən gələni əsirgəmirlər. Hamımız bir amal ətrafında birləşərək xidmət edirik - şəhidlərimizin, qazilərimizin, hərbçilərimizin qəhrəmanlığı sayəsində işğaldan azad olunan torpaqlarımızı göz bəbəyi kimi qorumaq...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı