Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Avqust 2020 12:50

"Azərbaycan Ordusu" qəzeti № 52 (2470)

Səngər də Vətəndir!

Bir yay səhəri yenə əsgərlərlə görüşə gedirik. Ön xəttə səfərə çıxan zaman artıq asimanda yerini tutan günəş Yer kürəsinə meydan oxuyurdu. Yayın bürkülü istisi rahatlığımızı əlimizdən alsa da, qəlbimiz gedəcəyimiz məkanla, daha doğrusu, o məkanı qoruyan oğullarımızla döyünürdü. Yolboyu düşünürəm, Vətənə, Vətəni qoruyanlara sevgi və istəkdir bizə bu çətinliyi unutduran...davamı



“Dağlar bizə əyilməzlik öyrədib”

Gizir Malik Ağayevi ötənilki ezamiyyətdən tanıyıram. Onu tanımamaq, yadda saxlamamaq mümkün deyil. Çünki sifət cizgiləri çox diqqətçəkəndir, yaddaqalandır. Üz-gözündən igidlik və cəsurluq yağır, döyüş ovqatı və qələbə əzmi duyulur. İnanıram ki, sülh danışıqları baş tutmasa, torpaqlarımızın azadlığı uğrunda döyüşlər başlasa, Malik ön sırada vuruşanlardan, erməni qəsbkarlarına sarsıdıcı zərbələr vuranlardan  biri və birincisi olacaq...davamı



Qəhrəmanlıq azərbaycançılıqdır

Xalqımızın igid oğulları, mərd qızları heç vaxt Vətənimizi darda qoymayıblar. Onlar yadelli düşmənə qarşı son damla qanlarına qədər vuruşub, doğma diyarımızın istiqlalı, ölkəmizin müstəqilliyi və azadlığı yolunda şəhidlik zirvəsinə ucalıblar...davamı



“İdman həmişə vacibdir”

Müasir dönəmdə güclü ordunun şəxsi heyətinin yüksək fiziki göstəriciyə malik olması vacib şərtdir. Bu gün Azərbaycan Ordusu dünyanın güclü orduları sırasındadır. Mütəmadi olaraq fiziki hazırlığın təşkili nəticəsində Azərbaycan Ordusu həm mənəvi, həm taktiki, həm də fiziki cəhətdən güclü ordu olduğunu sübut edib...davamı



“Bura Vətəndir!”

Bir vaxtlar Vətən sözü, bu sözün ifadə etdiyi məzmun dərsliklərdən, oxunan əsərlərdən öyrənilirdi. Ona görə də o vaxtlar hamının düşüncəsində bu kəlmə eyni cür ifadə edilirdi. "Haradan başlanır Vətən?" sorğusuna hamı müxtəlif cavablar versə də, çoxusu bir-birinə bənzəyirdi. İndi belə deyil. Biz gənclər Vətən kəlməsinin nə olduğunu ruhumuzla dərk edirik...davamı



Şəhidlər unudulmur, unudulmayacaq...

Qəhrəmanlar heç zaman unudulmurlar.

Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi qeyd edildi. 75 ildi ki, məlum qəhrəmanlar da xatırlanır, naməlum qəhrəmanlar da...davamı



Sıra nizami ordunun əsasıdır

Vətənin keşiyində dayanan cəsur igidlərimizin döyüş hazırlığını daim yüksəltmək üçün günün nizam qaydasına əsasən məşğələlər keçirilir. Döyüş hazırlığının əsasında dayanan əsas amillərdən biri də sıra hazırlığıdır. Hərbi qulluqçuya xas olan xüsusiyyətlərdən biri nizam-intizamdır ki, o da başlanğıcını sıra hazırlığından götürür...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı