Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Avqust 2020 11:15

"Azərbaycan Ordusu" qəzeti № 51 (2469)

Ali Baş Komandanın döyüş əmrini Böyük Qələbəylə tamamlayacağıq!

Tarix heç zaman unudulmur. 2016-cı ilin aprelində məktəbliydin. Sələfi olacağın Azərbaycan əsgərlərinin qazandığı qələbənin sevincini sən də qürurla yaşadın. O qürurun boyumu sənin vətənsevərliyinin boyuycanıydı, sənin vətənsevərliyinin boyumu qürurunun boyuycanıydı, özün də bilmədin...davamı




Ordumuz tezliklə tariximizdə şanlı bir səhifə yazacaq

Müasir dövrdə dövlətlərarası əlaqələrin, xüsusilə hərbi əlaqələrin inkişafı beynəlxalq müstəvidə yeni güc mərkəzlərinin yaranmasının nəticəsi kimi ortaya çıxır. Ölkəmizin bu gün dünyada yeri və rolunun artması, beynəlxalq münasibətlər sisteminin ən fəal üzvü kimi nüfuz qazanması da bu gerçəkliyi təsdiqləyir ki, Azərbaycan dövləti yerləşdiyi regionun geostrateji və geosiyasi üstünlüklərindən faydalı şəkildə bəhrələnmək, milli maraqlarını maksimum səmərəli realizə etmək üçün beynəlxalq hərbi əməkdaşlığı uğurla davam etdirir...davamı




“Vətənimizi göz bəbəyi kimi qoruyuruq”

Ön xətdə yerləşən hərbi hissələrimizdən birindəyik.
- Düşmənlə üzbəüz dayanaraq, ölkəmizin ərazi bütövlüyünü qoruyan hər bir əsgər cəsurdur, - deyə bizi qarşılayan zabit Ceyhun Rzayev söhbətə başladı. - Bu günə qədər bir neçə hərbi hissədə xidmət etmişəm. Bu müddət ərzində tabeliyimdə Azərbaycanımızın müxtəlif bölgələrindən çağırılan əsgərlər olub. Hamısı Vətənimizin müdafiəsində ayıq-sayıq dayanıb, üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlib...davamı




“Əsgərlərə layiqincə diqqət göstərmək hər birimizin borcudur”

Azərbaycan mətbəxi milli mədəni irsimizin mühüm tərkib hissələrindəndir. Dünyanın qədim və zəngin mətbəxlərindən biri olan Azərbaycan mətbəxinin ləzzətini təkcə həmvətənlərimiz deyil, bu nemətlərdən dadan xarici turistlər də təsdiq edə bilərlər. Zəngin mətbəximizdən çox şey danışmaq olar, lakin bu dəfəki mövzumuz ordu sıralarında Vətənə xidmət edən gənclərimizin qidalanması ilə bağlı olacaq...davamı




Döyüş meydanında və beynəlxalq müstəvidə əldə edilən uğurlar Ali Baş Komandanın sarsılmaz qətiyyətinin göstəricisidir

Tovuz hadisələrində qazanılan uğura yol açan göstəricilərdən biri də sözsüz ki, iqtidar-xalq birliyinin real qüvvə kimi Ermənistanın hərbi-siyasi rəhbərliyinə qarşı güclü zərbəyə çevrilməsi idi. Bu hadisələrin başlaması ilə Azərbaycan xalqı dövlət rəhbərliyinə qarşı dünyanı heyrətə gətirəcək bir həmrəylik nümayiş etdirdi və xalq Vətən torpaqlarının müdafiəsi üçün nəinki Ali Baş Komandanının yanında olmağa, hətta onun bir əmri ilə cəbhəyə yollanmağa hazır olduğunu ortaya qoydu...davamı




Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

Mövzu: Hərbi etikanın əsasları. Hərbi qulluqçular arasında qarşılıqlı münasibətlər, bölmədə sağlam əhval-ruhiyyənin yaranmasında kollektivin rolu.

Suallar:

1. Hərbi etikanın əsasları.

2. Hərbi kollektivlərdə qarşılıqlı münasibətlər və yüksək davranış qaydaları...davamı




Azərbaycan Prezidenti İlham ƏLİYEV: Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib

Ermənistanın Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində həmləsinin qarşısı qətiyyətlə alındı. Onlarla canlı qüvvəsi, zirehli texnikası məhv edilən düşmən geri çəkildi. Atəşkəs olsa da, müharibə hələ başa çatmayıb. Müharibədir və müharibə döyüş deməkdir. Döyüşdə itkilər də olur. İyul döyüşlərində general-mayor Polad Həşimov da şəhid oldu...davamı




“Hər birimiz dostuq, qardaşıq”

Hər birimiz yaxın qohumlarımızın, qonşularımızın hərbi xidmətə necə yola salınmasının şahidi olmuşuq. Əsgər valideynlərinin övladları ilə necə fəxr etdiklərini görmüşük. Böyüklər hərbi xidmətə yola düşən gənclərə öz məsləhətlərini verirlər. Əsgəri xidmətə gedən gənclər də Vətənimizin keşiyində sərəflə dayanacaqlarına, müqəddəs vəzifəni layiqincə yerinə yetirəcəklərinə söz verirlər...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı