Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyul 2024 16:51

"Azərbaycan Ordusu" qəzeti № 48 (2859)

“Biz Vətənin övladlarıyıq”

Heyətlər dərs keçirdilər. Təkərli ağır toplar qoşqulardan ayrılaraq ərazidə düzülmüşdü. Heyət komandirləri dərs cədvəlinə uyğun tabeliyində olan heyət üzvlərinə vəzifələri izah edir, öyrətdiklərini əsgərlərdən soruşurdular. Baş leytenant Süleyman Ağayev dərsin gedişini nəzarətdə saxlayırdı. Ərazidə canlanma müşahidə olunurdu...davamı


Sülh bəşəriyyətin rəmzidir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 44 günlük Vətən müharibəsinin başladığı günə qədər erməni silahlı birləşmələrinin işğalında olan torpaqlarımızın beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə, sülh yolu ilə azad edilməsi xəttini  ölkənin xarici siyasətinin əsas prioritetlərindən biri olaraq bəyan etdi...davamı



Azərbaycançılıq qüruru


Yeniyetmənin marağı həvəsə dönür, həvəsi istəyə, istəyi arzuya, niyyətə. Yaşanılacaq illərə ömrün mənzilini niyyət müəyyənləşdirir. Bu səbəbdən niyyətə - arzuya dönməzlik işığı da deyirlər; ömür dönməzlik işığında yaşanılan illərdir. Bunları Elvin də bilirdi. Onu Biləsuvardan Cəmşid Naxçıvanski adına Hərbi Liseyə bu dərk gətirmişdi, bu dərklə təhsil alırdı. Marağı burada istəyə dönmüşdü, istəyi - niyyətə. Burada anladı ki, hərbçi olmaq vətənləşməkdi...davamı



Hər könüldə yerin var...

Azərbaycanın Milli Qəhrəmanı Vəzir Surxay oğlu Orucov təkcə Tərtər rayonunda deyil, ölkəmizin hər yerində cəsarətli, mərd, qorxmaz, igid bir döyüşçü kimi tanınmışdır. Onun əvəzsiz xidmətləri haqqında müxtəlif qəzetlərdə, kitablarda yazılar çap olunmuşdur...davamı



Vətənpərvərlik nümunəsi: qəhrəman Dilqəm Nağıyevin həyat hekayəsi

Torpaqlarımızın müdafiəsi və işğaldan azad olunması uğrunda cəsarətlə və inamla döyüşən Vətən oğullarımız uzun illər boyu tez-tez xatırlanır və gələcək nəsillər üçün örnək olurlar. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra erməni təcavüzü və terrorizminə qarşı xalqımız səfərbər oldu, Vətən və millət naminə düşmənə qarşı ölüm-dirim mübarizəsinə qalxdı...davamı



“Oğlumla bundan sonra da qürur duyacağam!”

Vətən müharibəsindən bir neçə il keçməsinə baxmayaraq, qazanılan şanlı qələbəni hər bir azərbaycanlı qürurla xatırlayır. Döyüşlərin başladığı tarixdən 44 günlük Vətən müharibəsinin hər bir günü istər sevinciylə, istərsə də kədəriylə hər kəsin xatirində dərin izlər buraxdı. Hər ötən gün ordumuzu qələbəyə daha da yaxınlaşdırdı...davamı



Azərbaycan Ordusunun zabiti olmaq fəxrdir

2020-ci il sentyabrın 27-də Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin döyüş əmri ilə Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücum əməliyyatına başladı. Şanlı ordumuzun hərbi qulluqçuları düşmənin üzərinə atıldı, torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına vuruşdular. Bu gün ordu sıralarında minlərlə gənc zabit, gizir kadrları xidmət edir. Hər biri öz peşəsinə məsuliyyətlə yanaşır...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı