Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Aprel 2021 12:56

"Azərbaycan Ordusu" qəzeti № 30 (2538)

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV: Hərbi Qənimətlər Parkına gələn hər bir insan ordumuzun, Silahlı Qüvvələrimizin gücünü görəcək, iradəmizi görəcək

Torpaqlarımızın işğaldan azad edilməsi prosesi çətin mərhələlərdən keçib. Ermənistanın sülh danışıqlarından yayınması münaqişənin həllini daha da gərginləşdirirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Hərbi Qənimətlər Parkının açılışında dediyi kimi, "Bu məsələ ilə bilavasitə məşğul olan beynəlxalq qurumlar bu torpaqları erməni tapdağının altında daim saxlamaq istəmişlər...".

Hər kəs əmin oldu ki, Azərbaycan Ordusunun qüdrəti düşmənin düşündüyündən çox güclüdür...davamı



Əlli yaşlı hərbi lisey

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 14 aprel 2021-ci il tarixli Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar Müdafiə naziri tərəfindən tədbirlər planı imzalanıb...davamı



“Həkimlərimizin peşəkarlığından çox razıyam”

Vətən müharibəsində qazanılan qələbədə hər bir azərbaycanlının əməyi danılmazdır. Döyüş meydanında düşmənə qarşı Azərbaycan əsgəri, hospitallarda həkimlər, dezinformasiyaya qarşı isə jurnalistlər mübarizə aparırdılar. Hər kəs Ali Baş Komandanın ətrafinda bir yumruq kimi birləşib, illərdir işğalda olan ərazilərimizin azadlığı uğrunda mübarizə aparırdı. Hamı "Qarabağ Azərbaycandır!" şüarı altında üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışır. Bütün bunların başında isə hər bir azərbaycanlının qəlbində olan Vətən sevgisi dayanırdı. O sevgi ki, bizə qələbə sevincini yaşatdı...davamı



Nizam-intizam sıradan başlayır

Ötən il sentyabrın 27-də Müzəffər Ali Baş Komandanımızın əmrinə əsasən rəşadətli Azərbaycan Ordusu doğma torpaqlarımızı yağılardan azad etmək üçün əks-hücum əməliyyatına başladı. Döyüşlərin ilk günündən etibarən cəsur döyüşçülərimiz ard-arda torpaqlarımızı azad etməyə başladılar. 44 gün davam edən müharibədə düşmən qüvvəsi darmadağın edildi. Qəhrəman oğullarımızın mətin addımlarla irəliləməsini görən xain düşmən isə döyüş meydanından silah-sursatlarını ataraq qaçmaq məcburiyyətində qaldı. Bunun nəticəsidir ki, torpaqlarımızın hər bir qarışı işğaldan azad edildi və şəhidlərimizin qanı yerdə qalmadı...davamı



Qələbədən sonra görüşməyə əhd etmişdilər

Niyaməddin Musayev 1997-ci ildə Şəmkir rayonunun Mahmudlu kəndində anadan olmuşdu. O da digər həmyaşıdları kimi uşaqlıq illərinin qayğısızlığı ilə böyümüşdü. Yaşar Əsgərov adına orta məktəbi əla qiymətlərlə bitirmişdi. O da bilirdi ki, Ermənistan torpaqlarımızı işğal edib. O da bilirdi ki, Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü ordudur, dünyanın ən güclü ordularından biridir. O da bilirdi ki, Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə döyüşəcək, torpaqlarımızı işğaldan azad edəcək. Bu düşüncələr Azərbaycan gəncliyinin ümumi düşüncəsinin tərkib hissələrindəndir. Bu əqidəylə gəncləşmişdi, çağırış yaşına çatmışdı...davamı



Tarixi zəfər qazanıldı

2020-ci il bizim üçün unudulmaz tarixlərdən biri olaraq qalacaq. Bu il gücümüzün, birliyimizin, səbrimizin, əzmkarlığımızın vəhdətiylə bizə qələbə sevincini yaşatdı. Bu zəfər dastanı hələ uzun illər danışılacaq, dildən-dilə gəzəcəkdir. Məhz həmin tarix Azərbaycan haqda düşünülən fikirlərin köklü surətdə dəyişməsinə səbəb oldu...davamı



“Sağlam qidalanma vacib şərtlərdəndir”

Dünyanın ən güclü ordularından biri olan Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığı ilə yanaşı, sosial-məişət şəraitinə də rəhbərlik tərəfindən daim diqqət yetirilir. Bunun bariz nümunəsi olaraq müasir standartlara cavab verən hərbi hissələrin tikilərək Vətəni qoruyanların istifadəsinə verilməsini misal göstərmək olar...davamı



Güclü ordunun güclü əsgərləriyik!

Fiziki hazırlıq şəxsi heyətə xidmətini fəal təşkil etməkdə mühüm rol oynayan, döyüşdə qələbəni şərtləndirən və sürətləndirən amillərdəndir. 44 günlük Vətən müharibəsini qələbə ilə sonlandıran Azərbaycan Ordusunda döyüş hazırlığının yüksəlməsinə yönəlik görülən işlər bu gün də davam etdirilir. Yüksək döyüş hazırlığını təmin edən faktorlardan biri fiziki hazırlıqdır ki, ordumuzda (dünyanı cənginə alan pandemiyanın şərtləri qorunmaqla) bu hazırlığa böyük diqqət ayrılır. Keçirilən fiziki hazırlıq məşğələləri ilə əsgərlərimizin sağlamlığı möhkəmlənməklə yanaşı, ordumuzun döyüş qabiliyyəti də yüksəlir...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı