Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Fevral 2019 10:07

"Azərbaycan Ordusu" qəzeti 27 fevral 2019-cu il №16 (2333)

Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar veteranlarla şagirdlərin görüşü keçirilib

"Kaspi" liseyinin Ağ şəhər filialında Respublika Veteranlar Təşkilatının nümayəndələrinin, Böyük Vətən müharibəsi veteranlarının, liseyin müəllim və şagird kollektivinin iştirakı ilə Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə şagirdlərin Xocalı faciəsinə həsr edilmiş əl işlərindən ibarət sərgi nümayiş etdirilib. Sərgidə nümayiş etdirilən rəsmlər veteranlarda dərin təəssüratlar oyadıb...davamı








“Zabit qüruruyla yaşamaq nə gözəldir”

Leytenant Yusif Məmmədovla "N" hərbi hissəsində tanış olduq. Öyrəndim ki, gənc zabit öz arzusu, valideynlərinin dəstəyi ilə C.Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərbin sirlərinə dərindən yiyələnib. Yusifin bacarıqlı və savadlı, seçdiyi peşəyə ürəkdən bağlılığı hər kəlməsində hiss olunurdu. Zabit tabeliyində xidmət edən şəxsi heyətin mənəvi-psixoloji vəziyyətindən danışaraq bildirdi ki, ordu sıralarında xidmət edən gənclərimizin  döyüş ruhu yüksəkdir...davamı








Xocalı faciəsi bəşəriyyətə qarşı törədilmiş cinayətdir

Yaddaşda yalnız önəmli hadisələr, məlumatlar qalır. Təəssüflə qeyd etmək lazımdır ki, belə hadisələr içərisində xalqın unuda bilməyəcəyi qanla yazılan xatirələr də var. Tariximizin qan yaddaşına yazılan istər 20 Yanvar, istərsə də Xocalı faciələri xalqımıza qarşı yürüdülən genosid siyasətinin tərkib hissələridir.
Fevralın 25-dən 26-na keçən gecə hadisənin şahidləri olmuş insanlar üçün qorxulu kabus gecəsi oldu...davamı








“Faciənin ağrılarını biz də yaşayırıq”

26 fevral 1992-ci il...
27 ildir ki, ürəyimizdə izahedilməz ağrı, çiyinlərimizdə daşınması çətin olan yük gəzdiririk. Əsrin ən dəhşətli faciəsi ilə qovruluruq...
Təqvimə qara hərflərlə yazılıb bu tarix. Bu tarix həmişə bizimlə yaşayacaq, yaddaşlardan silinməyəcək. Bu ağrı ürəyində Vətən sevgisi olan hər bir azərbaycanlını zaman keçdikcə daha çox göynətməkdədir...davamı







Böyük Qələbənin boyu görünür!

Ön xətdə, səngərdə, əsgərlərin əhatəsində düşüncələrim torpağa daha yaxın olur, torpağın ağrı-acısını daha həssaslıqla duyur. Əsgərlərin düşüncələrinə söykəndiyindən 2016-cı ilin aprel döyüşlərinin zəmanətiylə düşüncələrimdə Böyük Qələbə boy göstərir.
Təqvimlə qış fəslidi, təbiətdə qış deyil...davamı








“Xocalı faciəsi rənglərin dili ilə”

Erməni işğalçılarının törətdiyi Xocalı faciəsindən 27 il keçir. Bu dəhşətli faciənin ağrıları qəmli notlarla zərrə-zərrə musiqimizə, poeziyamıza, bədii əsərlərimizə, rəsm əsərlərimizə hopur. Bu soyqırımı qanlı faciəni əks etdirən əsərlərdə də yaşadılır.
Xocalı faciəsinə həsr olunmuş əsərlər daim bizi intiqama, qisasa səsləyir. Bu günlər ölkəmizin hər yerində Xocalı faciəsi mövzusunda yeni kitablar yazılır, yeni filmlər çəkilir...davamı








İdmançılarımız daha 3 qızıl medal qazanıb

Fevralın 19-23-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan çempionatı keçirilib. İlk 3 gündə yeniyetmələr, son 2 gündə isə gənclər mübarizə aparıblar.
Azərbaycanda idmanın bütün növləri daha dinamik inkişaf etdirilir. Belə ki, hər bir sahədə qazanılan uğur nəticə etibarilə dövlətin imicinə xidmət edir. Güləşdə də belə uğurlar çoxdur...davamı





"Azərbaycan Ordusu" qəzetinin tam variantı