Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Fevral 2019 09:36

İdmançılarımız daha 3 qızıl medal qazanıb

Fevralın 19-23-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan çempionatı keçirilib. İlk 3 gündə yeniyetmələr, son 2 gündə isə gənclər mübarizə aparıblar.
Azərbaycanda idmanın bütün növləri daha dinamik inkişaf etdirilir. Belə ki, hər bir sahədə qazanılan uğur nəticə etibarilə dövlətin imicinə xidmət edir. Güləşdə də belə uğurlar çoxdur.
Azərbaycan çempionatında MOİK idmançıları da uğur qazanıblar. Yunan-Roma güləşində yeniyetmələr, sərbəst güləşdə gənclər fərqləniblər. Belə ki, yeniyetmə "klassiklər"dən Laçın Vəliyev 92 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyərək qalib olub. 55 kq çəki dərəcəsində güləşən Rəsul Məmmədzadə isə bürünc medal qazanmaqla 3-cü olub.
Gənc sərbəst güləşçilərimiz 2 qızıl medal qazanıb. 70 kq çəki dərəcəsində Əşrəf Aşurov, 74 kq-da Nəsib İsayev bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
İnanırıq ki, hərbçi idmançılar bundan sonra da uğurlar qazanacaq, MOİK-in nüfuzunu yüksəldəcəklər. Bunun üçün yüksək peşəkarlığa malik mütəxəssislər və idmançılarımız var. Müntəzəm məşqlər həmişə qələbəni təmin edib.

Elvin YAQUBOV