Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Fevral 2019 09:29

Xocalı faciəsi bəşəriyyətə qarşı törədilmiş cinayətdir

Yaddaşda yalnız önəmli hadisələr, məlumatlar qalır. Təəssüflə qeyd etmək lazımdır ki, belə hadisələr içərisində xalqın unuda bilməyəcəyi qanla yazılan xatirələr də var. Tariximizin qan yaddaşına yazılan istər 20 Yanvar, istərsə də Xocalı faciələri xalqımıza qarşı yürüdülən genosid siyasətinin tərkib hissələridir.
Fevralın 25-dən 26-na keçən gecə hadisənin şahidləri olmuş insanlar üçün qorxulu kabus gecəsi oldu. Xalqımızın genefonduna zərbə vurmaq məqsədilə törədilən Xocalı faciəsində yüzlərlə insan - ağsaqqal, ağbirçək, kişi, qadın, uşaq amansızcasına qətlə yetirildi. Bir çox mərhumiyyətlərə baxmayaraq Seyidağa Mövsümlünün, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin çəkdiyi kadrların sayəsində Xocalı faciəsi dünya ictimaiyyətinə çatdırıldı. Aparıcı dövlətlərin media nümayəndələri vasitəsilə dünyaya çatdırılan Xocalı faciəsi təəssüf hissi ilə qarşılandı.
Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin kadrlarını izləyən fransız jurnalist demişdi ki, mən müharibələr, alman faşistlərinin qəddarlıqları haqqında çox şey eşitmişəm. Lakin 5-6 yaşlı uşaqları, dinc əhalini qıran ermənilərin qəddarlığı daha dəhşətli olub.
Xocalı faciəsinə münasibət bildirərkən Heydər Əliyev demişdir: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir".
Ancaq Azərbaycan Ordusu yaşadığımız faciələrin intiqamını almaq əzmindədir. 2016-cı ilin aprelində Azərbaycan Ordusu böyük qələbə qazandı. Biz qələbə çaldıq, torpaqlarımızın bir qismini işğaldan azad etdik. Bu o deməkdir ki, Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı da azad etməyə qadirdir.

Hüsniyyə İDRİSOVA, BSU-nun II kurs tələbəsi