Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Mart 2020 13:17

"Azərbaycan Ordusu" qəzeti № 20 (2438)

“Müqəddəs borcumuzu yerinə yetiririk”

Bu gün müstəqil Azərbaycan Respublikasının güclü ordusu, sağlam cəmiyyəti və bütün dünyada böyük nüfuzu var. Müstəqilliyimizin qazanılması, nüfuzun əldə edilməsi heç də asan başa gəlməyib. Bu uğurların əldə edilməsində Azərbaycan Ordusunun, onun şəxsi heyətinin misilsiz xidmətləri danılmazdır. Bu xidmətlər isə daim yüksək qiymətləndirilib, diqqət və qayğıdan uzaq qalmayıb...davamı




Xalqın güvəncisən, Azərbaycan əsgəri!

Mövqedəyik... Əsgərlərin döyüş və mənəvi-psixoloji hazırlığından söz açan baş leytenant Bəhruz Qocayev deyir ki, əsgərlərimizin hər biri hər an düşmənin üzərinə atılmağa hazırdır. Müşahidə sektorundan qarşı tərəfə baxdıqca insanın ürəyi sıxılır.  Zabit fikirlərimizi oxuyurmuş kimi: "Həmin yerlərə geri dönəcəyimiz günə az qalıb!" - deyir. Bu sözləri tabeliyində xidmət edən şəxsi heyətə sonsuz güvənc kimi dinləyirəm...davamı




Hərbi Orkestr Xidmətinin qurucusu akademiyanın üzvü seçilib

Hər bir ölkənin, dövlətin ordu quruculuğunda hərbi musiqi böyük əhəmiyyət kəsb edir. Hərbi musiqi şəxsi heyətin mənəvi-psixoloji hazırlığında, onlara vətənpərvərlik ruhunun və döyüş əzminin aşılanmasında əvəzsiz rola malikdir. Əzəmətlə səsləndirilən qədim döyüş mahnıları, hərbi marşlar və musiqilər döyüşçünü düşmən üzərində qələbəyə ruhlandırır. Tarixin bütün dönəmlərində orduda musiqinin təsir gücündən çox danışılıb, çox yazılıb və ən əsası qələbənin qazanılmasında vacib amillərdən biri hesab edilib...davamı




Silahlı Qüvvələrin Hərbi Akademiyasının dinləyiciləri ilə Xarici İşlər Nazirliyində praktiki məşğələ keçirilib

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunun tədris proqramı çərçivəsində kursda təhsil alan dövlət orqanlarının yüksək vəzifəli qulluqçuları ilə Xarici İşlər Nazirliyində praktiki məşğələ keçirilib.
Praktiki məşğələdə Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayeva tərəfindən nazirliyin konfrans zalında dinləyicilərə brifinq verilib...davamı



“Azərbaycan əsgəri hərtərəfli hazırlıqlıdır”

Hərbi qulluqçuların mənəvi-psixoloji və sosial-məişət şəraitinin yüksək səviyyədə olması Müdafiə Nazirliyi rəhbərliyinin daim diqqət mərkəzindədir. Hərbi hissələrdə yaradılan şərait bunun bariz nümunəsidir. Sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, şəxsi heyətin döyüş hazırlığına da həmişə diqqət yetirilir. Gələcək döyüşlərdə uğur əldə etmək üçün şəxsi heyətin nizam-intizamı, peşəkar döyüşçü kimi formalaşması, qorxmazlığı, düşmənə olan nifrəti, ruh yüksəkliyi vacib şərtlərdəndir...davamı




Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

Mövzu:
Azərbaycan xalq eposlarında milli qəhrəmanlıq nümunələri (“Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanları əsasında).
Suallar:

1. "Kitabi-Dədə Qorqud" Azərbaycan xalqının milli qəhrəmanlıq abidəsidir.

2. Koroğlu Azərbaycan xalqının qəhrəmanıdır...davamı




“Düşmənə qalib gəlmək gücündəyik”

İllər ötəcək, əsrlər keçəcək, nəsillər dəyişəcək, ancaq bu qoca dünyanın unikal və qədim sivilizasiya mərkəzlərindən biri olan Azərbaycan daim yaşayacaq. Vətən oğul və qızlarının sayəsində, onların çiynində yaşayacaq. Bu dünya belədir: kimi Vətənin çiynində yaşayır, kimi də Vətəni çiynində yaşadır. Hara getsək də, könül rahatlığı tapdığımız yeganə müqəddəs məkan Vətənimizdir. Qəlbimizin səsi ilə "Ey əziz anam, Azərbaycan!" dediyimiz, dünyaya dəyişmədiyimiz sevgimizdir...davamı




“İdman özünəinam hissini də yüksəldir”

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində şəxsi heyətin fiziki hazırlıq məşğələsi ilə tanış olduq. Geniş idman şəhərciyi, müxtəlif idman alətləri, səliqəli futbol və voleybol meydançaları diqqətimizdən yayınmadı. İdman qurğularında əsgərlərimizin çevik hərəkətlərini seyr etdik. Hər biri idmançı görkəminə malik, çevik və cəlddir.
Leytenant Əli Əhədovun nəzarəti altında əsgərlər bir sıra idman növləri ilə məşğul idilər. Onlar növbə ilə alətlərdə müxtəlif hərəkətləri yerinə yetirirdilər...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı