Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunun tədris proqramı çərçivəsində kursda təhsil alan dövlət orqanlarının yüksək vəzifəli qulluqçuları ilə Xarici İşlər Nazirliyində praktiki məşğələ keçirilib.
Praktiki məşğələdə Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayeva tərəfindən nazirliyin konfrans zalında dinləyicilərə brifinq verilib.
Brifinqdə Xarici İşlər Nazirliyinin yaranma tarixi, strukturu, vəzifə və tapşırıqları, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müəyyən edilmiş xarici siyasət prioritetləri, bu sahədə Azərbaycan Respublikası Prezidentinin tapşırıq və təlimatları, son illərdə Azərbaycan Respublikasının çoxistiqamətli, milli maraqlara əsaslanan xarici siyasəti, Azərbaycan Respublikasının xarici dövlətlərdə fəaliyyət göstərən diplomatik xidmət orqanlarının - səfirliklərin, konsulluqların və beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliklərin fəaliyyəti haqqında dinləyicilərə geniş məlumat verilib. Dinləyiciləri maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.
Praktiki məşğələnin gedişində akademik kursun dinləyiciləri Xarici İşlər Nazirliyinin Heydər Əliyev guşəsini ziyarət edib, ümummilli lider Heydər Əliyevin büstü önündə xatirə şəkli çəkdiriblər.
"Azərbaycan Ordusu"