Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Mart 2019 10:58

"Azərbaycan Ordusu" qəzeti 2 mart 2019-cu il №17 (2334)

Azərbaycan Prezidenti İlham ƏLİYEV: Biz son illərdə hərbi qüdrətimizi böyük dərəcədə artıra bilmişik

Bu gün dünyada mövcud olan və inkişaf yolunu tutan ölkələrin hamısı öz milli və hərbi təhlükəsizlik maraqlarını qoruyur. Bu baxımdan Ermənistanın təhdidi ilə üz-üzə qaldığı bir zamanda Azərbaycan milli və hərbi təhlükəsizliyinə xüsusi diqqət yetirir. Ölkənin iqtisadi inkişafı nəticəsində yeni silah və texnologiyaların alınması, istehsalı torpaqlarımızın işğaldan azad ediləcəyinə böyük inam yaradır...davamı








Heydər Əliyev adına Hərbi Lisey ölkəmizdə ixtisaslı hərbçi kadr hazırlığına öz töhfəsini verir

Dövlətimizin başçısının 2004-cü il 27 fevral tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının əsasında Heydər Əliyev adına Hərbi Lisey yaradılıb.
"Müstəqil Azərbaycanın bu gün də, gələcəkdə də çox güclü ordusu olmalıdır. Olmalıdır ki, torpaqlarımız bundan sonra işğal edilməsin. Olmalıdır ki, torpaqlarımızın hər bir qarışı qoruna bilsin...davamı





 

 

 

Zəfər günü uzaqda deyil

Döyüşdə qələbənin qazanılmasında hər bir qoşun növünün özünəməxsus rolu var. Belə ki, bir qoşun növünün rolu digəri ilə müqayisə oluna bilməz, çünki hər biri özəlliyi ilə fərqlənir. Döyüşün uğurla başa çatdırılmasında və qələbənin təmin edilməsində mühüm rol oynayan vasitələrdən biri də hərbi bölmələr arasında möhkəm və etibarlı rabitə əlaqəsinin təmin edilməsidir...davamı








“Azərbaycanı beynəlxalq sülhyaratma missiyasında təmsil etmək qürurvericidir”

Əfqanıstan İslam Respublikasından sülhməramlılarımızın bir qrupu Vətənə dönüb. Onların təəssüratlarını qələmə almaq məqsədi ilə "N" hərbi hissəsində olduq.
Hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini zabit Ramin Əliyev  qeyd etdi ki, NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən ordumuzun sülhməramlıları təntənəli surətdə yola salınır və qarşılanır...davamı








Əsgərlərin sağlamlığının keşiyindəyik

Şəxsi heyətin sağlamlığına göstərilən qayğı, tibb xidmətinin maddi-texniki bazasının yenilənməsi sahəsində görülən tədbirlər hərbi qulluqçuların sağlamlığının qorunmasında vacib rol oynayır. Hərbi hissələrdə müasir tələblərə cavab verən tibb məntəqələri yeni avadanlıqlarla təchiz olunub...davamı








Şərəfli yolun başlanğıcında

Ümummilli lider Heydər Əliyevin yüksək diqqət və qayğı göstərdiyi sahələrdən biri də ordu quruculuğu idi. O, hakimiyyətinin bütün dövrlərində gənclərimizdə hərb peşəsinə marağın gücləndirilməsi işinə ciddi diqqət yetirərək "zabit olmaq, hərbi vəzifə daşımaq gənclərimizin ən müqəddəs vəzifələrindən biri olmalıdır" demişdi. Zabit peşəsi, doğrudan da, ən müqəddəs və vacib peşələrdən biridir. Çünki bu peşənin sahibləri Vətən qoruyucularıdırlar...davamı








Böyük Qələbəni qeyd edəcəyimiz günü səbirsizliklə gözləyirik

İllərdir ölkəmiz istəmədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsinə cəlb olunub. Bu müddət ərzində torpaqlarımızın 20 faizi işğal olunub, dövlətimiz bir çox daxili və xarici təzyiqlərlə üzləşib. Ümummilli liderimiz Heydər Əliyevin sayəsində ölkəmiz üzləşdiyi təzyiqlərə  sinə gərməyi bacarıb. İqtisadi tərəqqi yolunu tutan Azərbaycan cəmiyyətin və ordunun inkişafına nail olub...davamı








Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

Mövzu: Azərbaycan orta əsrlərdə. Azərbaycan Səfəvilər dövləti.

İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərsə hazırlaşarkən Azərbaycan tarixinə dair müvafiq ədəbiyyatdan istifadə etmək və mövzunu bölmənin gündəlik həyatı ilə bağlamaq tövsiyə olunur.

Suallar:
1. XVI əsrin başlanğıcında Azərbaycan ərazisinin tarixi coğrafiyası, ölkədaxili siyasi-iqtisadi vəziyyət, dövlət quruluşu və hərbi qüvvələr.
2. Səfəvilər sülaləsi, Azərbaycan Səfəvilər dövlətinin yaranması.
3. Səfəvilər dövləti və Osmanlı Türkiyəsi arasında münasibətlər...davamı




"Azərbaycan Ordusu" qəzetinin tam variantı