Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Fevral 2018 11:56

"Azərbaycan Ordusu" qəzeti - №10 (2226)

Qarabağa yaz gələcək!
Bu inam ordumuzun qüdrətinə, hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığının səviyyəsinə inamdır. Bu inam xalqın Ali Baş Komandana inamıdır. Son illərdə Azərbaycan Ordusunda həyata keçirilən irimiqyaslı islahatların nəticələrinə inamdır...davamı

“Döyüş əmrinə hər an hazırıq”
Əsrlər boyu torpaqlarımıza, tükənməyən sərvətlərimizə göz dikən düşmənlərin istəyini ərlər-ərənlər çilikləyib. Neçə bəd niyyətli hökmdar burada başını itirib. Bu torpaq adına layiq igid oğullar yetişdirib. Elə igidlər ki, adları xalqımızın yaddaşında əbədiləşib, nəsillərə örnək olub. İndi Azərbaycan doğma torpaqlarını işğaldan azad etməyə qadir olan orduya malikdir...davamı

Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir
Vətən qaladır. Əzəmətli, vüqarlı qala. Qalanı ucalıq mərtəbəsində tutan, ruhunun ucalığı bilən, sal qaya kimi düşmənin qarşısını kəsən oğullardır. Biri-birinə arxa-dayaq olan bu qayaların  ürəkləri Vətən sevgisiylə, Vətən eşqiylə döyünür...davamı

“Hərb tariximizə yeni səhifələr yazacağıq”
Ətrafımızdakı insanlara, cəmiyyətə verdiyimiz töhfələr və bunun əsasında yaranan xoş məqamlar həyatımızın ən dəyərli anlarını təşkil edir. Vətənimizə, xalqımıza səmərəli xidmət etmək sağlam gələcəyimizin formalaşması deməkdir. Bu baxımdan Vətəninə məsuliyyət hissi ilə xidmət edən peşə sahiblərinin arasında hərbçilərin yeri xüsusidir...davamı

“Ərazi bütövlüyümüzü bərpa edəcəyik”
Bu gün Azərbaycan Ordusunda yüzlərlə, minlərlə gənc zabit xidmət edir. Hər biri tutduqları peşənin, çiyinlərindəki ulduzların, hərbi formanın məsuliyyətini dərindən dərk edir. Hamısının tək bir məqsədi var - illərdir düşmən tapdağında olan Qarabağı azad etmək. Buna görə də günbəgün döyüş hazırlıqlarını yüksəldir, öz təcrübələrini şəxsi heyətlə bölüşürlər...davamı

Azərbaycan Ordusunun şəxsi heyəti ilə ictimai-siyasi hazırlıq sistemində keçirilən dərs
Mövzu: Erməni terrorizmi. Ermənistanın Azərbaycana qarşı təcavüzü.

İctimai-siyasi hazırlıq qrurunun rəhbəri bu dərsə hazırlaşarkən Azərbaycanın tarixinə dair nəşr olunmuş vəsaitlərdən, dövri mətbuatda çar olunmuş materiallardan istifadə etməli və öz bölməsinin tarşırıqlarını, xüsusiyyətlərini, xidmət şəraitini nəzərə alaraq, mövzunu bölmənin gündəlik həyatı ilə əlaqələndirməlidir...davamı

Şərqə Günəş Azərbaycandan doğdu
Çar Rusiyasının işğalçılıq siyasətinin davam etməsinə baxmayaraq Azərbaycanda da milli dövlətçilik istəyi alovlanırdı. Lakin XIX əsrin sonlarına yaxın Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Abbasqulu Ağa Bakıxanov, Seyid Əzim Şirvani, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Mirzə Kazım bəy, Cəlil Məmmədquluzadə kimi mütəfəkkirlər Avropanın intibah dövrünün incəliklərini öyrənir və mənsub olduqları millətin inkişaf yolunu maariflənməkdə, milli şüurun inkişafında görürdülər...davamı

Qələbəmiz yaxındadır
Fiziki hazırlıq da günün nizam qaydasının ayrılmaz və önəmli hissələrindəndir. Əsgərlərin döyüş qabiliyyətinin artırılmasında, sağlamlığının möhkəmləndirilməsində fiziki hazırlığın müstəsna rolu var. Hər gün təyin olunan vaxtda, müəyyən edilən qaydada icra edilən idman hərəkətləri şəxsi heyəti fiziki cəhətdən möhkəmləndirir və sağlamlığına təminat verir...davamı

 

 

"Azərbaycan Ordusu" qəzetinin tam variantı