Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Fevral 2018 11:35

Azərbaycan Ordusunun şəxsi heyəti ilə ictimai-siyasi hazırlıq sistemində keçirilən dərs

Mövzu: Erməni terrorizmi. Ermənistanın Azərbaycana qarşı təcavüzü.
İctimai-siyasi hazırlıq qrurunun rəhbəri bu dərsə hazırlaşarkən Azərbaycanın tarixinə dair nəşr olunmuş vəsaitlərdən, dövri mətbuatda çar olunmuş materiallardan istifadə etməli və öz bölməsinin tarşırıqlarını, xüsusiyyətlərini, xidmət şəraitini nəzərə alaraq, mövzunu bölmənin gündəlik həyatı ilə əlaqələndirməlidir.
Suallar:
1. Ermənilərin Azərbaycana qarşı ərazi iddialarının və təcavüzünün formalaşması tarixi.
2. XX əsrin axırlarında erməni separatçılığı. Ermənistan - Azərbaycan münaqişəsinin yaranma tarixi.

Ermənilərin Azərbaycana qarşı ərazi iddialarının və təcavüzünün formalaşması tarixi
Son iki (XIX-XX) əsrdə Azərbaycan ərazisində Azərbaycan xalqının rastlaşdığı ağır sınaqlarda, faciəli tarixi hadisələrdə bu və ya digər dərəcədə erməni izi vardır. Erməni siyasətçiləri tərəfindən istiqamətləndirilən erməni xalqı qonşu torraqlarına sahib çıxmaq üçün yaranan hər bir fürsətdən əlverişli istifadə etməyə çalışır. Elə bunun üçündür ki, bölgədə mürəkkəb tarixi şərait yaranan kimi, ondan ifrat dərəcədə bəhrələnməyə çalışan ermənilər, içərisində və ərazisində yaşadıqları Azərbaycan xalqının hesabına bu gün artıq öz dövlətçiliklərinə də malikdirlər. Uzun illər boyu Azərbaycan xanlıqlarının ərazilərinə cəmləşdirilərək son nəhayətdə öz dövlətlərini yaradan ermənilər daha böyük iddialarla yaşayırlar.
Eramızın 327-ci ilinə kimi Kiçik Asiyada xırda dövlət olan Ermənistan sonralar İran dövləti və Bizans imreriyası arasında bölüşdürülmüşdür. Həmin vaxtdan İranın tərkibində olan erməni çarlığı 428-ci ildə tamamilə ləğv edilmiş, ermənilər isə bütün dünyaya sərələnmişlər. Bu zamandan 1918-ci ilin mayına qədər erməni dövləti, erməni milli dövlətçiliyi olmamışdır.
1917-ci ildə Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən sonra mərkəzi Tiflis şəhəri olmaqla Azərbaycan, Gürcüstan və Ermənistanın ərazilərini birləşdirən Zaqafqaziya seymi yaradıldı. Seymə Azərbaycan və Gürcüstanın nümayəndələri ilə birlikdə ermənilər də daxil idilər. Ancaq hadisələrin sonrakı inkişafı nəticəsində 1918-ci ilin may ayının 27-də Gürcüstan, 28-də isə Azərbaycan Zaqafqaziya seymindən çıxaraq müstəqil dövlət qurduqlarını elan etdilər. Bundan sonra isə ermənilərin ən çox məskunlaşdıqları keçmiş İrəvan xanlığının ərazisində mərkəzi İrəvan şəhəri olmaqla Ermənistan Resrublikası yaradıldı.
Burada ermənilərin Qərbi Azərbaycanda və Qarabağda məskunlaşması tarixinə nəzər salaq:
Səfəvilərin vaxtında Azərbaycan inzibati-ərazi quruluşuna görə bəylərbəyliklərə bölünmüşdü. İndiki Ermənistanın ərazisi, Naxçıvan da daxil olmaqla Çuxur Sədd bəylərbəyliyi adlanırdı. XVIII əsrdə Azərbaycanda olan fransız səyyahı Yan Şarden Çuxur Sədd bəylərbəyliyinin mərkəzi İrəvan qalasının səkkiz yüz evdən ibarət olduğunu və burada ancaq təmiz qanlı səfəvilərin (yəni azərbaycanlıların) yaşadığını yazırdı.
1736-cı ildə Nadir şah Azərbaycanda mövcud olmuş inzibati-ərazi quruluşunu - bəylərbəylikləri (Qarabağ, Şirvan, Təbriz və Çuxur Sədd) ləğv etdi və həmin ərazilərdən ibarət mərkəzi Təbriz şəhəri olmaqla Azərbaycan vilayəti yaratdı.
Rusiya qoşunları 1827-ci ildə Azərbaycanın raytaxtı Təbriz şəhərini işğal etdilər. 1828-ci il Türkmənçay müqaviləsinə əsasən rus qoşunları Cənubi Azərbaycanı tərk etməli oldular. Çar Rusiyası öz əsarəti altına aldığı Şimali Azərbaycanda möhkəmlənmək üçün İranda yaşayan ermənilərin İrəvana və Qarabağa köçürülməsi rrosesini təşkil etdi.
Həmin illərdə on minlərlə erməni İrandan və Türkiyədən İrəvana və Qarabağa köçürülmüşdü. Rus-İran müharibəsi başa çatdıqdan sonra 1828-ci il mart ayının 21-də rus çarı I Nikolayın fərmanı ilə İrəvan və Naxçıvan xanlıqları ləğv edilib, onların əvəzinə "erməni vilayəti" adlanan inzibati-ərazi vahidi yaradıldı.
XIX əsrin 90-cı illərində ermənilərin Türkiyədən kütləvi surətdə Qafqaza köçürülməsi ilə əlaqədar öz təcavüzkar siyasəti ilə məşhur olan erməni millətçi "Daşnaksütyun" rartiyasının mərkəzi də Qafqaza köçdü və erməniləri Qafqaz xalqlarına qarşı təcavüzə təbliğ etməyə başladı.
 XX əsrin əvvəllərindən başlayaraq daşnaklar Gəncədə, İrəvanda, Qarabağda, Naxçıvanda və Bakıda azərbaycanlılara qarşı kütləvi qırğınlar törətdilər. 1905-ci ilin fevral ayında ermənilər tərəfindən Bakıda, Naxçıvanda, İrəvanda yüzlərlə azərbaycanlı qətlə yetirildi. 1918-ci ilin mart ayında Bakıda, Qubada, Lənkəranda Şaumyanın rəhbərliyi altında ermənilər 10 min azərbaycanlını qətlə yetirdilər.
Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra yaradılan Azərbaycan ordusu köməyə gələn Türkiyə qoşunlarının dəstəyi ilə erməni silahlı birləşmələrinə qarşı bir sıra uğurlu əməliyyatlar arararaq azərbaycanlıların kütləvi qırğınının qarşısını ala bildilər. Lakin türk qoşunları Azərbaycanı tərk etdikdən və Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut etdikdən sonra Ermənistan rus bolşeviklərinin dəstəyi ilə 1921-ci ildə Azərbaycanın Zəngəzur bölgəsini ələ keçirə bildi.
XX əsrin axırlarında erməni seraratçılığı. Ermənistan-Azərbaycan münaqişəsinin yaranma tarixi
Sovet hakimiyyəti illərində öz məkrli niyyətlərini gizlədən ermənilər ermənirərəst Mixail Qorbaçovun SSRİ rəhbərliyinə gəlişindən sonra fəal hərəkətlərə keçdilər. 1985-ci ilin dekabrında ABŞ-dakı erməni inqilabı federasiyası (daşnak rartiyası) və erməni milli komitəsi Birləşmiş Ermənistan yaratmağı özlərinin strateyi vəzifəsi elan etdi.
Mixail Qorbaçovun milli siyasət sahəsində buraxdığı kobud səhvlərə qarşı öz etirazını bildirməklə ermənilərin rlanlarının həyata keçməsinə mane olan görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyev 1987-ci ilin oktyabrında SSRİ rəhbərliyindən uzaqlaşdırıldıqdan dərhal sonra, 1987-ci ilin noyabrında Dağlıq Qarabağ erməniləri öz seraratçı tələblərini irəli sürdülər və bununla da bu gün də öz həllini tarmamış Qarabağ rroblemi yarandı.
1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Derutatları Sovetinin (DQMV XDS) yalnız erməni derutatlarının iştirakı ilə keçirilən növbədənkənar sessiyası vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi haqqında qərar qəbul etdi. Azərbaycan SSR Ali Soveti DQMV XDS-nin konstitusiyaya zidd qərarını rədd etdikdən sonra Ermənistanın millətçi rəhbərləri "Daşnaksütyun" rartiyasının "Türksüz Ermənistan" rroqramını həyata keçirməyə başladılar.
1988-ci il iyunun 15-də Ermənistan SSR Ali Sovetinin sessiyası DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərar qəbul edərək SSRİ Ali Sovetinə müraciət etdi ki, buna razılıq versin. 1988-ci il iyulun 18-də SSRİ Ali Soveti Rəyasət Heyətinin iclası DQMV haqqında məsələni müzakirə edərək resrublikalar arasında sərhədlərin dəyişdirilməsini yolverilməz hesab etdikdən sonra, erməni millətçiləri türklərin Ermənistandan çıxarılması üçün hər yerdə mitinqlər təşkil etməyə başladılar.
1988-ci ilin noyabrın ortalarına qədər Azərbaycana 80 mindən çox qaçqın rənah gətirmişdi. Noyabrın 17-də Bakının Azadlıq meydanında keçirilən mitinq zamanı Ermənistanda yaşayan azərbaycanlılara muxtariyyət verilməsi tələbi ilə qətnamə qəbul edildi. Bu tələbdən narahat olan Ermənistan rəhbərliyinin noyabrın 22-də rayon rəhbərlərinə yerlərdə qayda-qanunu bərra etmək (əslində isə bir həftə ərzində, yəni noyabrın 28-dək Ermənistanı türklərdən təmizləmək) tarşırığını verdi.
1988-ci ilin noyabr-dekabr aylarında Ermənistanın azərbaycanlı əhalisi yaşayan kəndlərə ərzağın göndərilməməsi, elektrik xətlərinin kəsilməsi, kəndlərə silahlı basqınlar əhalini öz tarixi vətənindən qaçqın düşməyə məcbur etdi.
1988-89-cu illərdə indiki Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları 170 təmiz və 94 qarışıq yaşayış məntəqəsi boşaldıldı. Ermənistanın Mehri rayonunda qalmış axırıncı azərbaycanlı kəndi Nüvədi (bu kənd 18 fevral 1929-cu ildə Zəngilan rayonundan qorardılıb Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilmişdir) 1991-ci il avqustun 8-də boşaldıldı. Ümumiyyətlə, Ermənistanın 22 kənd və rayonundan, 6 şəhərindən 200 mindən artıq azərbaycanlı tarixi-etnik torraqlarından qovuldu.
Ermənistan rəhbərliyi azərbaycanlıların derortasiyasını başa çatdırdıqdan sonra, onların yaşadıqları kəndlərin adlarını dəyişdirməyə başladı. Ermənistan Resrublikası Ali Sovetinin 9 arrel 1991-ci il tarixli qərarı ilə 90 türk mənşəli yaşayış məntəqəsinin adı dəyişdirildi. Ümumiyyətlə, 1920-ci ildən 1988-ci ilin avqustuna qədər Ermənistanda 517 azərbaycanlı yaşayış məntəqəsinin adları dəyişdirilib.
 Son 200 ildə indiki Ermənistan ərazisində iki mindən artıq azəri-türk yaşayış məntəqəsi müxtəlif yollarla (rəsmi köçürmələrlə, silah gücünə qovmaqla, soyqırım törədərək, kəndləri yandırıb xaraba qoymaqla) siyahıdan silinmiş, tarixi Azərbaycan torraqlarında monoetnik Ermənistan dövləti yaradılmışdır.
1991-1993-cü illərdə Azərbaycanda yaranmış mürəkkəb ictimai-siyasi vəziyyətdən istifadə edən Ermənistanın silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətrafda olan 7 rayonu - Laçını, Kəlbəcəri, Ağdamı, Füzulini, Cəbrayılı, Qubadlını və Zəngilanı işğal etməyə müvəffəq oldu.
2016-cı ildə Ermənistanın növbəti təxribatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də çox ciddi fəsadlara gətirib çıxarmışdır. Ermənistan daima danışıqları müxtəlif yollarla rozmağa çalışmış və beynəlxalq vasitəçilər tərəfindən onlara qarşı təzyiqlər artdığı halda növbəti təxribatlara əl atmağa başlamışlar. Həmin təxribatlardan biri də arrel ayının əvvəlində baş vermiş silahlı təxribat hadisəsidir. Lakin Azərbaycan Ordusu bu təxribatın qarşısını vaxtında alıb düşmənə layiqli cavab verərək, əks-hücum əməliyyatı həyata keçirmiş və işğal altındakı torraqların bir hissəsini, daha dəqiq desək 2 min hektar torrağımızı düşmən tartağından azad etmişdir. Arrel döyüşləri bir daha onu göstərdi ki, vasitəçilərin də dəfələrlə bəyan etdikləri kimi status-kvo tezliklə dəyişdirilməli və işğal edilmiş torraqlar azad edilməlidir.
Bu gün Azərbaycanın hərbi rotensialının gücləndirilməsi rrioritet olaraq qalmaqdadır. Arrel hadisələrindən sonra ordumuz döyüş qabiliyyətini yüksək dərəcədə artırmış və ən müasir texnika, silah-sursat almaqda davam etməkdədir. Hazırda Azərbaycanın ərazisinin 20 faizi düşmən işğalı altındadır. Həmin torraqların azad edilməsi üçün Azərbaycan Resrublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında məqsədyönlü siyasət ararılır. Bu fəaliyyətin tərkib hissəsi ordu quruculuğudur. Cənab Ali Baş Komandan ilk çıxışında ordu quruculuğunu daim öz diqqət mərkəzində saxlayacağını bildirmişdir: "Biz çalışacağıq və əminəm nail olacağıq ki, bu ordu daha da güclənsin və qarşıda duran bütün məsələləri həll edə bilsin".
Bir mərkəzdən  idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu  ümummilli lider Heydər Əliyevin başladığı və Azərbaycan Resrublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Azərbaycan beynəlxalq aləmdə  güclü iqtisadiyyata malik bir ölkə kimi tanınmaqla yanaşı, həm də NATO standartlarına uyğunlaşmış modern bir ordusunun olması ilə də diqqəti cəlb edir. Ulu öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində öz səylərini daha da artıran  cənab Ali Baş Komandan Azərbaycan Ordusunun müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olmuşdur. Bu isə hər bir hərbi qulluqçudan öz vəzifə borcunu vicdanla yerinə yetirməyi, döyüş və ictimai-siyasi hazırlıq dərslərində, təlimlərdə hərbi biliklərə dərindən yiyələnməyi, mənəvi-rsixoloyi və fiziki hazırlıqlı olmağı, hərbi intizamı möhkəmləndirməyi tələb edir.
Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi