Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar şəhid övladları üçün tədbir keçirilib 25 Dekabr 2019 18:54

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə dekabrın 25-də şəhid övladları üçün 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar tədbir keçirilib.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalında seminar keçirilib 25 Dekabr 2019 17:00

Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında “Başgicəllənməsinə otorinolarinqoloji baxış” mövzusunda seminar keçirilib.

"Azərbaycan Ordusu" qəzeti №100 (2417) 25 Dekabr 2019 13:16

“Vətənə xidmətdən qürur duyuram”Yadıma nə vaxtsa oxuduğum bir kəlam düşdü:

Hərbi Hava Qüvvələrinin hərbi hissəsində növbəti yaşayış binası istifadəyə verilib - VİDEO 25 Dekabr 2019 11:32

Azərbaycan Ordusunun şəxsi heyətinin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) aviabazasının ərazisində yerləşən növbəti yaşayış binası hərbi qulluqçuların istifadəsinə verilib.

Hərbi qulluqçulara yeni xidməti mənzillər verilib - VİDEO 24 Dekabr 2019 18:33

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Silahlı Qüvvələrin şəxsi heyətinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar göstərişinə əsasən, hərbi qulluqçular üçün inşa edilən növbəti yaşayış binasının açılışı olub.

İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlər və psixoloqlar ilə təlim-metodiki toplantı keçirilib - VİDEO 21 Dekabr 2019 15:58

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2019-cu il üçün təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birlik, birləşmə, xüsusi təyinatlı təhsil müəssisələrinin, qoşun qisimlərinin və əlahiddə bölmə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinlərinin, eləcə də psixoloqların təlim-metodiki toplantısı keçirilib.

Bakıda kibertəhlükəsizlik üzrə kurs keçirilir 21 Dekabr 2019 14:40

Azərbaycan-NATO əməkdaşlığı çərçivəsində, NATO-nun “Sülh və Təhlükəsizlik Naminə Elm Proqramı”nın dəstəyi ilə Bakıda dövlət qurumlarının kiber mütəxəssisləri üçün “Təkmilləşdirilmiş kibermüdafiə üzrə təlim” kursu keçirilir.

"Azərbaycan Ordusu" qəzeti №99 (2416) 21 Dekabr 2019 12:11

“Vətənimizin hər qarış torpağı bizə əzizdir”Dağlar qoynundayıq… Burada qış fəslinin özünəməxsusluğu, insanlara bəxş etdiyi ovqat digərlərindən fərqlənir.

HHM bölmələri döyüş atışları icra edib - VİDEO 21 Dekabr 2019 10:52

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına uyğun olaraq Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin taktiki-xüsusi məşğələləri keçirilib.

Şagirdlər Heydər Əliyev adına Hərbi Liseylə tanış olublar - VİDEO 20 Dekabr 2019 18:30

Gələcəkdə zabit olmaq istəyən şagirdlər Heydər Əliyev adına Hərbi Liseylə tanış olublar.