Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Dekabr 2019 17:00

Silahlı Qüvvələrin Baş Klinik Hospitalında seminar keçirilib

Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında “Başgicəllənməsinə otorinolarinqoloji baxış” mövzusunda seminar keçirilib.
Seminarda hərbi həkimlərlə yanaşı Azərbaycan Tibb Universitetinin Qulaq, burun və boğaz xəstəlikləri kafedrasının müdiri professor doktor Vəfa Pənahianın rəhbərlik etdiyi kafedranın əməkdaşları, həmçinin digər mülki tibb müəssisələrinin həkimləri iştirak ediblər.
Tədbirdə seminarın mövzusu ətrafında geniş fikir mübadiləsi aparılıb.