Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Dekabr 2019 13:16

"Azərbaycan Ordusu" qəzeti №100 (2417)

“Vətənə xidmətdən qürur duyuram”

Yadıma nə vaxtsa oxuduğum bir kəlam düşdü: "Hər insan həyatı bir kitabdır. Açılmamış, oxunmamış və vərəqlənməmiş bir kitab". Həqiqətən elədir. İnsan ömrü kitablara çox oxşayır. Nə qədər ki, tanış olub söhbət etməmisən, həmin insanın ömür yollarından xəbərsiz olursan. Elə ki, tanıdın, söhbətləşdin, həmin şəxsin həyat yolu qarşında kitab kimi açılıb vərəqlənir...davamı




Vətənə, xalqa sevgi ilə xidmət edirik!

Müasir standartlar əsasında formalaşan Azərbaycan Ordusu təkcə silah-sursat, texnika baxımından deyil, həmçinin şəxsi heyətin döyüş ruhuna görə də dünya ordularından fərqlənir. Uzağa getmək lazım deyil. Aprel döyüşlərində düşmənin təxribatının qarşısını almaqla kifayətlənməyən vətənpərvər oğullarımız mühüm strateji əhəmiyyətə malik yüksəklikləri düşməndən azad etdi. Qısa müddət ərzində və gücünün cüzi hissəsindən istifadə etməklə Azərbaycan Ordusu şanlı tarix yazdı...davamı




Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

Mövzu: Hərbi biliyə dərindən yiyələnmək, döyüş texnikasını və silahları öyrənmək hər bir döyüşçünün borcudur.

Suallar:

1. Hərbi biliklərə dərindən yiyələnmək, döyüş texnikası və silahlardan bacarıqla istifadə etmək döyüşdə qələbəni təmin edir.

2. Hərb işini vicdanla öyrənmək Azərbaycan Ordusunun hərbi qulluqçularının borcudur...davamı




“Biz qələbə qazanacağıq”

Vətənini müdafiə edənlərin sıralarında olmağı özünə övladlıq və vətəndaşlıq borcu bilən leytenant Fətəli Manafov Neftçala rayonunda dünyaya göz açıb. Manafov hələ uşaq yaşlarında xəyallarında özünü zabit kimi canlandırırdı. Məktəbdə də, yaşıdları ilə söhbətlərində də, o, bu arzusundan danışırdı.
Orta məktəbi bitirdikdən sonra Fətəli Azərbaycan Dövlət Pedaqoyi Universitetində təhsil alır. Təhsilini müvəffəqiyyətlə başa vurur. Müvafiq sənədləri toplayıb Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə təqdim edir. İllərdir zabit olmaq arzusu ilə yaşayan Fətəli “Ehtiyat zabit hazırlığı” kursunu uğurla bitirir...davamı




“Hər bir əsgər hazırlıqlı olmalıdır”

Bu gün ordumuzun şəxsi heyətinin döyüş qabiliyyətinin artırılmasında idmanın rolu böyükdür. Hər bir əsgərin fiziki hazırlığı onun hərbi vərdişləri hansı səviyyədə mənimsədiyinin  göstəricisi kimi qəbul olunur. Hərbi qulluqçuların fiziki hazırlığı daim diqqət mərkəzində saxlanılmaqla, ordu-idman əlaqələrinin möhkəmlənməsi önə çəkilir. Hərbi hissələrimizin maddi-texniki təminatında ən müasir idman avadanlıqları, qurğuları yer alır. Yeni tikilən hərbi şəhərciklərin ərazilərində idman meydançaları salınır və həmin avadanlıqlar, qurğular orada quraşdırılıb şəxsi heyətin istifadəsinə verilir...davamı




"Azərbaycan Ordusu" qəzetinin tam variantı