Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Dekabr 2019 13:16

“Biz qələbə qazanacağıq”

Vətənini müdafiə edənlərin sıralarında olmağı özünə övladlıq və vətəndaşlıq borcu bilən leytenant Fətəli Manafov Neftçala rayonunda dünyaya göz açıb. Manafov hələ uşaq yaşlarında xəyallarında özünü zabit kimi canlandırırdı. Məktəbdə də, yaşıdları ilə söhbətlərində də, o, bu arzusundan danışırdı.
Orta məktəbi bitirdikdən sonra Fətəli Azərbaycan Dövlət Pedaqoyi Universitetində təhsil alır. Təhsilini müvəffəqiyyətlə başa vurur. Müvafiq sənədləri toplayıb Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə təqdim edir. İllərdir zabit olmaq arzusu ilə yaşayan Fətəli “Ehtiyat zabit hazırlığı” kursunu uğurla bitirir. Yuxarı komandanlıq tərəfindən təsdiq edilmiş təyinat vərəqəsini alaraq, düşmənlə təmas xəttində yerləşən hərbi hissələrdən birində xidmətə başlayır.
Zabit olmasından qürur duyan Fətəli Vətəninə, hərb sənətinə olan sevgisini hər zaman hər şeydən üstün tuturdu.
İlk günlərdən çalışır ki, xidməti ilə digər zabit yoldaşlarından seçilsin və nümunəvi olsun. Söhbət zamanı bildirdi ki, davamlı olaraq şəxsi heyətə məşğələlər keçirik. “Əsgərlərimiz nizam-intizam qaydalarını dərindən mənimsəyir, döyüş, atəş, fiziki və digər hazırlıqlarını yüksək səviyyəyə çatdırırlar. Biz fəxrlə deyə bilərik ki, Ali Baş Komandanımızın və Müdafiə nazirimizin diqqət və qayğısı sayəsində ordumuz regionun ən güclü ordusuna çevirilib. Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordularından biridir. Ordumuzda aparılan islahatlar göz önündədir. Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə orduda məqsədli islahatlar həyata keçirilməkdədir. Son illərdə neçə-neçə müasir hərbi hissə tikilərək şəxsi heyətin istifadəsinə verilib, hərbi qulluqçulara rahat, əlverişli şərait yaradılıb. Şəxsi heyətin xidmət şəraiti daha da yaxşılaşır. Bunlar da şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının artırılmasında vasitədir.”
- Hər bir hərbçi xidməti vəzifələrini düzgün yerinə yetirir və xidmətini düzgün təşkil edir. Qarşımızda çox mühüm bir vəzifə - torpaqlarımızın düşmən tapdağından azad edilməsi dayanır. Bu vəzifəni layiqincə yerinə yetirmək üçün Ali Baş Komandanın döyüş əmrini qüdrətli ordumuz qələbəylə tamamlayacaq.
"Azərbaycan əsgəri qələbə qazanacaq! Əsgərlərimiz inamımızdır", - leytenant Fətəli Manafov belə dedi.
Bu, inamdı.

Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu"