Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Dekabr 2019 12:11

"Azərbaycan Ordusu" qəzeti №99 (2416)

“Vətənimizin hər qarış torpağı bizə əzizdir”

Dağlar qoynundayıq… Burada qış fəslinin özünəməxsusluğu, insanlara bəxş etdiyi ovqat digərlərindən fərqlənir. Ağ rəngə bürünmüş təbiət sanki yuxuya gedib. Ətrafda hökm sürən sakitlikdə ayağımızın altında qalan qarın yapıxmasını da aydın eşidirdik. İrəlilədikcə arxada qalan izlərin sonsuz olacağını düşünürsən. Ancaq yağan qar bir azdan ləpirlərin üstünü örtür. Ağ örtüyə bürünmüş dağlar daha əzəmətli görsənir. Havanın soyuq olmasına baxmayaraq, qəlbi Vətən eşqi ilə döyünən oğullarımız xidmətlərini uğurla davam etdirirlər...davamı





Döyüş hazırlığı məşğələlərdə artırılır

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində şəxsi heyət xüsusi ayrılmış sahədə döyüş hazırlığı məşğələsi keçirdi. Gizir Elvin Canaliyev minaatan qurğusu barədə şəxsi heyətə dolğun məlumat verirdi. Əsgərlər minaatan qurğusunu komandirin əmrinə əsasən müəyyən vəziyyətə gətirdilər. Kapitan Fərid Musayev bildirdi ki, ön xəttin yaxınlığında mövqe tutduğumuz üçün döyüş hazırlığımızı artırmaq məqsədilə mütəmadi məşğələlər keçirik...davamı





“Döyüşdə şəxsi heyətin ruh yüksəkliyi əsas amildir”

Ön xətdə yerləşən hərbi hissələrimizdə şəxsi heyətin mənəvi-psixoloji hazırlığı yüksək səviyyədə təşkil olunub. Həqiqətdir ki, yüksək mənəvi-psixoloji hazırlığa malik şəxsi heyət qələbəmizin təminatçısıdır.
Yüksək səviyyədə və ən müasir standartlara uyğun tikilib istifadəyə verilən hərbi şəhərciklərimizdə şəxsi heyətin hərtərəfli hazırlığı, o cümlədən mənəvi-psixoloji hazırlığının artırılması istiqamətində görülən mühüm işlər göz önündədir...davamı





Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

Mövzu: Azərbaycan Respublikası rəhbərliyinin ölkənin müdafiə qüdrətinin yüksəldilməsi istiqamətindəki fəaliyyəti. Hərbi hissə və birləşmələrin əsas vəzifələri.

Suallar:

1. Azərbaycan Respublikası rəhbərliyinin ölkənin müdafiə qüdrətinin yüksəldilməsi istiqamətindəki fəaliyyəti.

2. Hərbi hissə və birləşmələrin əsas vəzifələri...davamı





“Əbədiyaşar Ali Baş Komandan” adlı ekspedisiya uğurla başa çatıb

Azərbaycan dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin keşikçisi olan ümummilli liderimiz Heydər Əliyev xalqımızın bu günə qədər yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir. O, azərbaycançılığı milli bir ideologiya kimi irəli sürür, təkcə milli varlığımızın deyil, həm də siyasi varlığımızın mühüm atributu kimi dəyərləndirirdi. Bütün dövrlərdə Ulu Öndər xalqına qarşı olan dərin sevgisini açıq şəkildə nümayiş etdirirdi...davamı





"Azərbaycan Ordusu" qəzetinin tam variantı