Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Dekabr 2019 18:54

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar şəhid övladları üçün tədbir keçirilib

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə dekabrın 25-də şəhid övladları üçün 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin kollektivi, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin yaradıcı kollektivləri, şəhid ailələri, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.
Mərasimdə çıxış edən Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə İş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar tədbir iştirakçılarını təbrik edərək bildirib ki, bu tarix xalqımızın birlik günüdür. Bu günü dünyanın 70-dən çox ölkəsində yaşayan, 50 milyondan çox azərbaycanlı böyük ruh yüksəkliyi ilə qeyd edir. Şöbə müdiri çıxışını Ulu Öndərin “Azərbaycanlılar! Harada olursan ol, hansı ölkədə yaşayırsan yaşa, ancaq Azərbaycan haqqında, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü haqqında, Azərbaycan xalqının bu günü və gələcəyi haqqında düşünməlisən” sözləri ilə bitirdi.
Sonra çıxış edənlər Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi əhəmiyyətindən danışaraq, hər kəsi həmrəyliyə, birliyə çağırıb.
Tədbir iştirakçıları şəhid ailələrini daim yad etdiklərinə və göstərilən diqqətə görə dövlət başçısı cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda vətənpərvərliyi, qəhrəmanlığı vəsf edən mahnılar səsləndirilib.