Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 7 İyul 1997 00:01

NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində 1997-ci il iyulun 7-dən 14-dək Almaniya Federativ Respublikasının Münhen şəhərində tibbi planlaşdırma və iyulun 7-dən 21-dək Oberammergau şəhərində ətraf mühitin mühafizəsi sahəsində Silahlı Qüvvələrin məsuliyyəti məsələləri üzrə kurslar keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 12 İyun 1997 00:01

1997-ci il iyunun 13-də Şimali Atlantika blokunun qərargah-mənzilində (Belçika krallığı, Brüssel şəhəri) NATO iştirakçısı olan dövlətlərin və tərəfdaşların Müdafiə nazirlərinin müşavirəsi keçiriləcəkdir.

Müdafiə Nazirliyinin məlumatı 10 İyun 1997 00:01

1997-ci il iyunun 11-dən iyulun 2-dək NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində ABŞ-ın Vircinya ştatının Norfolk şəhərində “Kooperativ Naqqit” adı altında çoxmillətli təlim keçiriləcəkdir.

Müdafiə Nazirliyinin məlumatı 9 İyun 1997 00:01

1997-ci il iyunun 9-dan 11-dək NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində Türkiyə Respublikasının İstanbul şəhərində “Kooperativ Demand” çoxmillətli təliminin əsas planlaşdırılması üzrə konfrans, iyunun 9-dan 14-dək isə Almaniya Federativ Respublikasının Oberammergau şəhərində yerləşən NATO məktəbində sülhməramlı kurslar keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 6 İyun 1997 00:01

1997-ci il iyunun 7-dən 14-dək Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının verifikasiya Mərkəzinin dəvəti ilə Avropada Adi Silahlı Qüvvələr (AASQ) haqqında müqavilə və 1994-cü il Vyana sənədi çərçivəsində Silahlar üzərində nəzarət problemləri ilə əlaqədar ikitərəfli hazırlıq tədbirləri təşkil ediləcək.

Müdafiə Nazirliyinin məlumatı 2 İyun 1997 00:01

1997-ci il iyunun 2-dən 19-dək NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində İsveç Milli Müdafiə Kolleci tərəfindən təşkil edilmiş “Silahlı Qüvvələr üzərində demokratik nəzarət və müdafiə büdcəsi planlaşdırılması” mövzusunda seminar keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 25 May 1997 00:00

1997-ci il mayın 26-dan iyunun 7-dək Norveç Krallığının Kristiansend şəhərində NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində “Kooperativ Banners” kodu ilə təlim keçiriləcəkdir.

Müdafiə Nazirliyinin məlumatı 23 May 1997 00:00

NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində mayın 26-dan 30-dək Rumıniyada “Kooperativ Determineyşn-97” adı altında təlim, mayın 26-dan iyunun 13-dək Hamburq (AFR) şəhərində “Avropada və Avropa üçün təhlükəsizlik siyasəti sahəsində perspektivlər” mövzusunda seminar keçiriləcəkdir.

Müdafiə Nazirliyinin məlumatı 20 May 1997 00:00

1997-ci il mayın 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant Səfər Əbiyev Atlantika Şurasının nümayəndə heyətini qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 19 May 1997 00:00

1997-ci il mayın 18-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 11:00-dan 11:30-dək və saat 14:15-dən 14:30-dək Berd rayonunun Çinari kəndi istiqamətindən Tovuz rayonunun Koxanəbi kəndi; saat 14:45-də işğal olunmuş Xocavənd rayonunun Kuropatkino kəndi istiqamətindən Ağcabədi rayonunun cənub-qərbindəki; saat 16:55-dən 17:00-dək Ağdam rayonunun işğal olunmuş Yusifcanlı kəndi istiqamətindən həmin rayonun Məmmədbağırlı kəndi; saat 17:00-dan 17:15-dək İcevan rayonunun Paravakaryal dağındakı mövqelərindən Qazax rayonunun cənubundakı; mayın 19-da isə saat 00:30-dan 01:00-dək Füzuli rayonunun işğal olunmuş Kürdlər kəndinin şərqindəki mövqelərindən Aşağı Əbdürrəhmanlı kəndi sahəsindəki mövqelərimizi atıcı silahlardan, qumbaraatanlardan, iriçaplı pulemyotlardan və avtomatik qumbaraatanlardan atəşə tutmuşlar.