Sentyabrın 27-də saat 20:05-dən 20:30-dək Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası Ordubad rayonu sahəsindəki mövqeləri, Ermənistan Silahlı Qüvvələrinin əks mövqedə yerləşən bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulmuşdur.
Həmin gün saat 21:45-dən 22:30-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ağdam rayonunun işğal olunmuş Seysulan və Nəmirli kəndləri ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonu Qapanlı kəndi və Ağdam rayonunun Qəzyan kəndi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
Cavab atəşləri ilə düşmən susdurulmuşdur.
İtki yoxdur.