Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Oktyabr 1998 00:02

Müdafiə Nazirliyinin məlumatı

Oktyabrın 1-də saat 21:50-də Ermənistan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Yuxarı Yaycı kəndinə əks mövqelərdə yerləşən (Yexeqnadzor rayonunun ərazisi) bölmələrinin 6 nəfərlik kəşfiyyat qrupu Azərbaycan Silahlı Qüvvələrinin yuxarıda göstərilən mövqelərinə soxulmağa cəhd göstərmişdir.
Kəşfiyyat qrupunu vaxtında aşkar edən Azərbaycan əsgərləri onu atəşə tutmuşlar.
Düşmən qrupu əvvəlki mövqelərinə geri çəkilmişdir.