AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Martın 24-də, günü ikinci yarısında, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi Müdafiə nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Moskvaya yola düşmüşdür.
Martın 24-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev ABŞ-ın Avropadakı Silahlı Qüvvələrinin qərargahının planlaşdırma və siyasət departamentinin rəisi Hərbi Hava Qüvvələri general-mayoru Çarlz Voksun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Martın 21-də saat 16:40-dan 17:00-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Vayk rayonunun Bartsruni yaşayış məntəqəsinin cənubundakı mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR Şahbuz rayonunun Şada yaşayış məntəqəsi sahəsindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Respublikasının Müdafiə naziri general-leytenant D.Tevzadzenin dəvəti ilə martın 17-si və 18-də Tbilisi şəhərində rəsmi səfərdə olmuşdur.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Respublikasının Müdafiə naziri general-leytenant D.Tevzadzenin dəvəti ilə martın 17-də Tbilisi şəhərinə işgüzar səfərə gedəcəkdir.
Martın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Amerika Birləşmiş Ştatları Hərbi Aviasiya Kollecinin direktoru general-mayor Lans Smitin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Martın 13-də saat 20:40-dan 21:00-dək, martın 14-də isə saat 00:05-dən 01:05-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Berd rayonunun Paravakar yaşayış məntəqəsinin şimalındakı və Karmirkar dağının 1 kilometrliyində yerləşən yüksəklikdəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Ağstafa rayonunun Köhnəqışlaq kəndi sahəsindəki mövqelərini atıcı silahlardan və iriçaplı pulemyotlardan atəşə tutmuşlar.
Martın 15-dən 19-dək Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin birinciliyi uğrunda şahmat yarışları keçiriləcəkdir.
Martın 16-dan 20-dək Avropada Adi Silahlı Qüvvələr haqqında müqaviləyə uyğun olaraq İspaniya Krallığı Silahlı Qüvvələrinin inspeksiya qrupu Azərbaycan Respublikasının Silahlı Qüvvələrində inspeksiya keçirəcəkdir.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu Balacəfərli kəndi sahəsində növbəti monitorinq keçiriləcəkdir.