Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Oktyabr 1999 00:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bildirir ki, 1999-cu il oktyabrın 1-də saat 10:15-də Rusiya Federasiyasının Silahlı Qüvvələrinə məxsus döyüş təyyarəsi Azərbaycan Respublikasının hava sərhədlərini pozaraq, Zaqatala rayonunun Qımır kəndi yaxınlığına aviasiya bombası atmışdır.
Nəticədə kəndin bir neçə tikilisinə zərər dəymişdir. İtki yoxdur.
Hadisə ilə bağlı cinayət işi qaldırılmışdır. Tədqiqat aparılır.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bəyan etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası hava sərhədlərinin pozulmasının nəticələrinin məsuliyyəti Rusiya Federasiyasının Müdafiə Nazirliyinin üzərinə düşür və halların təkrar olunmaması üçün qəti tədbirlərin görülməsini tələb edir.