Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Oktyabr 1999 00:00

Müdafiə Nazirliyinin məlumatı

Oktyabrın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Dövlət katibinin Yeni Müstəqil Dövlətlər üzrə xüsusi köməkçisi Stiven Sestanoviçi və onu müşayiət edən şəxsləri qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamladıqdan sonra onlar Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsi və onun həlli istiqamətində aparılan ikitərəfli danışıqlar barəsində fikir mübadiləsi etmişdir.
Sonra cənab S.Sestanoviç Azərbaycanın NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iştirakından məmnun olduğunu, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Azərbaycan tərəfinin atdığı addımları dəstəklədiyini bildirmişdir.
General-polkovnik S.Əbiyev qonaqlara Ermənistan-Azərbaycan danışıqları barəsində məlumat vermiş, Ermənistan Respublikasının Rusiya Federasiyası və digər dövlətlər tərəfindən qeyri-qanuni silahlandırılmasının regionda gərginliyi artırdığını qeyd etmişdir.
“Azadlığı dəstəkləmə akt”ına 907-ci düzəlişin Azərbaycan-ABŞ əlaqələrinin inkişafına mane olduğunu xatırladan Müdafiə naziri onun tezliklə ləğv edilməsini, ABŞ-ın Ermənistan-Azərbaycan münaqişəsinin həllində fəallığını daha da artırmasını arzulamışdır.
Öz növbəsində cənab S.Sestanoviç bildirmişdir: “Biz də 907-ci düzəlişə qarşı çıxış edirik və beynəlxalq ictimaiyyət də onun ləğv edilməsi tərəfdarıdır”.
Sonda qonaqlar səmimi qəbul üçün Müdafiə nazirinə öz təşəkkürlərini bildirmişlər.
Görüşdə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Stenli Eskudero da iştirak etmişdir.