Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Oktyabr 1999 00:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikası ilə NATO arasında imzalanmış fərdi proqrama uyğun olaraq “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində oktyabrın 4-dən 8-dək Aaxen şəhərində (AFR) qoşunların arxa təminatı üzrə kurs; oktyabrın 5-dən 7-dək Stokholm şəhərində (İsveç) dənizsahili əməliyyatların keçirilməsi üzrə seminar; oktyabrın 5-dən 16-dək Sidney şəhərində (Kanada) sülhməramlı “Kooperativ Zenit” komanda-qərargah təlimləri keçiriləcəkdir.
Tədbirlərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri də iştirak edəcəklər.